Birbaşa təsirli analeptiklər tənəffüs və damar-hərəkət mərkəzlərinə birbaşa stimullaşdırıcı təsir göstərir. Bunlara kofein, kofein natrium-benzoat (bax: Psixostimulyatorlar), etimizol, kafur, sulfokamfokain, bemeqrid və s. aiddir.
Kafur (Camphora) bitki mənşəli preparat olub kafur ağacından əldə edilir. Kafur və onun preparatları yerli qıcıqlandırıcı və qismən də antiseptik təsirə malikdir. Ona görə də onlardan məlhəm və islatma şəklində iltihabi proseslərdə, revmatizmdə, qıcıqlandırıcı təsiri yayındırıcı effekt yaratdığından sinir, oynaq və əzələ ağrılarında istifadə olunur. Bu məqsədlə xaricə işlənən preparatlarına kafur məlhəmi (Uniguentum Camphoratum), kafur spirti (Spiritus Camphoratus), xaricəiĢlətməküçünkafuryağı(SolutioCamphoraeoleosaead.usum externum) aiddir.
Tibbi təcrübədə inyeksiya üçün kafurun 20%-li yağlı məhlulundan istifadə olunur.