Nootrop maddələr (Noos-təfəkkür, tropeo-yönəldirəm) də beyinin funksional vəziyyətini yaxşılaşdırır, onun psixi fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Lakin onların təsiri tədricən meydana çıxır. Ona görə də lazımi effekt əldə etmək üçün nootrop maddələri uzun müddət istifadə etmek lazımdır. Digər tərəfdən, psixostimulyatorlardan fərqli olaraq onlar orqanizmin fiziki iş qabiliyyətini yüksəltmir və emosional vəziyyətə zəif təsir göstərirlər.
Nootrop maddələrin təsiri onların beyində baş verən metabolik prosesləri dəyişdirmələri ilə bağlıdır. Onlar metabolik prosesləri normallaşdırmaqla beyinin pozulmuş funksiyalarını (yaddaş, nitq, əqli nəticə çıxarmaq qabiliyyəti və s.) bərpa edirlər. Nootrop maddələrin təsirindən beyin hüceyrələrinin oksigen acılığına (hipoksiyaya) qarşı davamlılığı yüksəlir. Nootrop maddələrə
pirasetam, aminalon, natrium-oksibutirat, hopanten turĢusu (Pantoqam), fenibut, pikamilon, piritinol (Piriditol, Ensefabol), xolin-alfosserat (Qliatilin) və s aiddir.
Pirasetam (Pyracetamum). Sin.: Nootropil.
400 mq dozada kapsullarda, 200, 800 mq və 12 q dozalarda tablet şəklində, 20%-li məhlulu 5 ml-lik ampullarda buraxılır.
Pirasetam beyində gedən maddələr mübadiləsini gücləndirir, serebral qan dövranını yaxşılaşdırır.
Onun təsirindən beyinin hipoksiyaya qarşı davamlılığı artır.
Pirasetamın təsirindən, həmçinin beyinin fəaliyyəti güclənir, yaddaş itiləşir, qavrama qabiliyyəti güclənir.
Pirasetamdan tibbi təcrübədə beyin toxumasında gedən maddələr mübadiləsinin pozulması nəticəsində baş verən, dalgnlıqla, yaddasn zəifləməsi, nitqin pozulması ilə müşayiət olunan sinir xəstəliklərində, baş beyin damarlarının aterosklerozunda və digər bu kimi hallarda istifadə edilir. Əqli cəhətdən inkişaf etməmiş uşaqların və yaddaş zəifliyindən əziyyət çəkən qoca yaşlı adamların müalicəsi üçün də ondan istifadə edilir.
Dostları ilə paylaş: |