Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə143/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   139   140   141   142   143   144   145   146   ...   150
derma

PSİXOSTİMULYATORLAR



Bu qrup dərman maddələri mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərərək əqli və fiziki iş qabiliyyətini yüksəldirlər.

Psixostimulyatorlara-kofein, kofein natrium-benzoat, mezokarb (Sidnokarb), amfetamin (Fenamin), etimizol və s. aiddir.

Psixo stimulyatorlar tətbiq edildikdən dərhal sonra MSS-ə stimullaşdırıcı təsir göstərərək yorğunluğu aradan qaldırır, gümrahlıq yaradır, orqanizmin yuxuya olan tələbatını azaldır.

Kosein (Caffeine, Coffeinum).


Poroşok halında buraxılır. Alkaloiddir. Çay yarpaqlarının, kofe toxumlarının və kolla qozalarının tərkibində olur. MSS-ə güclü stimullaşdırıcı təsir göstərir. Bu təsir onun baş beyin qabığında oyanma proseslərini gücləndirməsi və tənzimləməsi ilə izah olunur. Kofeinin MSS-ə göstərdiyi stimullaşdırıcı təsir nəticəsində əqli və fiziki iş qabiliyyəti yüksəlir, yorğunluq və yuxuya meyllik aradan qalxır. Lakin nəzərə almaq lazımdır ki, çox yüksək dozalarda istifadə etdikdə kofein sinir hüceyrələrinin gücdən düşməsinə və psixi pozğunluğa səbəb ola bilər.

Kofein yuxu dərmanlarının və narkotik maddələrin təsirini zeiflədir. Kofein həmçinin analeptik təsirə malikdir

Arterial təzyiq aşağı düşdüyü hallarda kofeinin damar hərəkət mərkəzinə göstərdiyi təsir onun damarlara (skelet əzələlərinin, ürəyin və s. damarlarına) göstərdiyi birbaşa təsirə nisbətən üstünlük təşkil edir və ürəyin işinin güclənməsi və qarın boşlugu orqanları damarlarının daralması neticəsində arterial təzyiq yüksəlir.

Kofein, həmçinin zəif sidikqovucu və antiaqreqant xassələrə malikdir.

Tibbi təcrübədə kofeindən həm psixostimulyator, həm də analeptik maddə kimi istifadə edilir. Daxilə (gündə 2-3 dəfə, 50-100 mq dozalarda) təyin edilir. Hipertoniyanın ağır formalarında,

aterosklerozda, yuxusuzluqda, qlaukomada, MSS oyanıqlığının yüksəldiyi hallarda kofeinin təyin olunması əks göstərişdir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin