Dərman formaları


Təsir mexanizminə görə analeptik maddələr 3 qrupa bölünür



Yüklə 188,74 Kb.
səhifə147/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   142   143   144   145   146   147   148   149   150
derma

Təsir mexanizminə görə analeptik maddələr 3 qrupa bölünür:


  1. Reflektor təsirli

  2. Birbaşa təsirli.

  3. Qarışıq təsirli.

Reflektor təsirli analeptiklər ümumi yuxu arteriyasında yerləşən karotid kələflərin n- xolinoreseptorlarını qıcıqlandırmaqla reflektor yolla (sinir impulsları karotid koloflordon hissi sinirlərlə tənəffüs mərkəzinə ötürülür) tənəffüs mərkəzini oyadır. Reflektor təsirli analeptiklər tənəffüs analeptikləri də adlanır. Çünki onlar yalnız tənəffüs mərkəzini stimullaşdırır, damar-hərəkət mərkəzinə isə təsir göstərmirlər. Bu qrup analeptiklərə n-Xolinomimetik maddələr — sititon lobelin aiddir.

Bu preparatlar tənəffüs mərkəzinin reflektor oyanıqlığı pozulduğu hallarda (məs., yuxu dərmanları və narkotik maddələrlə zəhərlənmə zamanı) tənəffüsü bərpa edə bilmir, Hazırda bu preparatların tətbiqi məhdudlaşdırılmışdır.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin