Benzokain (Benzocaine). Sin.: Anestezin (Anaesthesinum)
Poroşok halında, 300 mq dozada tablet və 5%-li məlhəm şəklində buraxılır. Yerli anesteziyaedici təsirə malikdir.
Suda pis həll olması ilə əlaqədar olaraq cərrahiyyə təcrübəsində ağrıkəsici maddə kimi istifadə olunmur. Məlhəm, pasta və səpgi şəklində yanıqlarda, trofik yaralarda və dərinin digər zədələnmələrində, şam şəklində düz bağırsağın xəstəliklərində (düz bağırsaqda çatlar və qaşınma olduqda, babasildə) ağrıkəsici kimi istifadə edilir. Selikli qişanın səthi anesteziyası üçün 5-10%-li yağlı məhlulları tətbiq edilir.
Mədə və onikibarmaq bağırsağın spazm və ağrılarında, bəzən vərdiş halına keçmiş qusmalarda, hamiləlik qusmalarında, dəniz və ya təyyarə xəstəliyində gündə 3-4 dəfə, 300 mq dozada daxilə təyin edilir.
Dostları ilə paylaş: |