BÜZÜŞDÜRÜCÜ MADDƏLƏR
Bu qrupa daxil olan maddələr selikli qişaya, yaxud yara səthinə sürtüldükdə orada olan zülalı pıxtalaşdıraraq sıx zülal təbəqəsi əmələ gətirir. Bu təbəqə toxuma hüceyrələrini və hissi sinir uclarını mexaniki olaraq müxtəlif mənşəli qıcıqlandırıcıların təsirindən qoruyur.
Bu zaman selikli qişanın səthi büzüşdüyündən orada olan vəzilərin şirə ifrazı azalır, kiçik damarlar daralır və leykositlərin damarlardan toxumaya keçməsi prosesi zəifləyir. Nəticədə iltihabi proses və onunla əlaqədar olan ağrı hissi zəifləyir.
(Büzüşdürücü maddələr zəif antimikrob təsirə də malikdir. Bu təsir onların mikrob hüceyrələrində olan zülalları çökdurməsinə əsaslanır.
Dostları ilə paylaş: |