Tannin (Tanninum). Poroşok halında buraxılır. Bir çox bitkilərin - çayın, Sarağanın, sumağın və tərkibində vardır. (Tibbi məqsəd üçün Sarağan və sumaq yarpaqlarından alınır. Güclü büzüşdürücü təsirə malikdir. (Büzüşdürücü və yerli iltihabı aradanqaldırıcı maddə kimi xaricə istifadə olunur (daxilə qəbul edildikdə mədədə olan zülallarla birləşərək aktivliyini itirir).
Ağız boşluğunun, burunun, əsnəyin, qırtlağın selikli qişalarının iltihabi proseslərində tanninin 1- 2%-li (qarqara etmək üçün) və ya 5-10%-li (sürtmək üçün) sulu, yaxud qliserinli məhlullarından, yanıqlarda, yataq yaralarında, dəri örtüyünün qatlarında isə 3-5-10%-li məlhəm və məhlullarından istifadə edilir.
Bəzi alkaloidlərlə (morfin, atropin, kokain, nikotin) və ağır metal duzları ilə tanninin həll olmayan birləşmələr əmələ gətirməsilə əlaqədar olaraq həmin maddələrlə zəhərlənmələr zamanı mədə 0,5 %-li tannin məhlulu ilə yuyulur.
Dostları ilə paylaş: |