Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə40/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   36   37   38   39   40   41   42   43   ...   150
derma

Əsasi bismut-nitrat (Bismuthi subnitras). Poroşok halnda, 250, 500 mq dozalarda tablet

şəklində buraxılır.

Yerli büzüşdürücü, iltihabıaradanqaldırıcı və antasid (turşuluğu azaldan) maddə kimi mədə- bağırsaq xəstəliklərində - mədə və onikibarmaq bağırsaq xoralarında, enteritlərdə, kolitlərdə istifadə edilir.

Mədə və onikibarmaq bağırsağın xora xəstəliklərində istifadə edilən «Vikallin» və «Vikiair»

tabletlərinin tərkibinə daxildir).

Kseroform (Xeroformium). Bismut preparatıdır. Tərkibində 50-55%-ə qədər Bismut 3 oksid vardır. Büzüşdürücü, quruducu və antiseptik maddə kimi xaricə işlənir (poroşok və 3-10 %-li məlhəm şəklində)

Əsasi bismut-qallat (Bismuthi Subqallas). Sin. Dermatol. Tərkibində 52-56,5 %-ə qədər bismut 3-oksid vardır. Poroşok halında və 10%-li məlhəm şəklində buraxılır. Dərinin və selikli qişanın iltihabi xəstəliklərində antiseptik, büzüşdürücü və quruducu maddə kimi istifadə edilir (səpki, məlhəm və şam şəklində).

Biskolsitrat (Biskolcitrate). Sin.: De-nol. 120 mq dozada tablet șəklində buraxılır. Bismut preparatıdır. (Bismut-3-Kalium disitrat).

Mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsində əsasi-bismut-nitrata nisbətən daha effektlidir.) Bu, biskolisitratın büzüşdürücü xassəsi ilə yanaşı eyni zamanda «Helico (campilo) bacter pilori» mikroorqanizmlərinə antimikrob təsir göstərməsi ilə izah edilir (Xora xəstəliyinə tutulan adamların mədə və onikibarmaq bağırsağının selikli qişasında adı çəkilən mikroorqanizm aşkar edilmişdir və belə hesab edirlər ki, xora xəstəliyinin patogenezində onun çox mühüm rolu vardır) .

Daxilə təyin olunur. (Gündə 4 dəfə: səhər, günorta və şam yeməklərindən 0,5 -1 saat əvvəl və yatmazdan qabaq 1-2 tablet qəbul edilir). Müalicə kursu 4-8 həftə təşkil edir.

Alüminium-Kalium sulfat (Aluminii er Kalni sulfas) Sin.: Kalium-Alüminium zəyi, Alumen Poroşok halında (məhlul hazırlamaq üçün) və qankəsici karandaş şəklində buraxılar) 0,5-1 %-li məhlulları dərinin və selikli qişanın iltihabında istifadə olunur. Karandaşından yandırıcı kimi və

kəsilmiş yerlərdən (üzqırxılan zaman) qanaxmanı dayandırmaq üçün istifadə edilir)




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin