Bir çox bitki mənşəli preparatların (Taninin, Palıd qabığının bişirməsi, Adaçayı
yarpaqlarının, Çobanyastığı çiçəklərinin, Qaragilə meyvələrinin dəmləməsi və s.) və qeyri-üzvi maddələrin (Əsasi bismut-nitrat, Kseroform, Dermatol və s.) büzüşdürücü təsirindən tibbi təcrbüdə geniş istifadə edilir.
Büzüşdürücü maddələr poroşok, şam, məlhəm, bişirmə, imale, göz damcısı şəklinde selikli qişann yaralarında, iltihablı və irinli proseslərdə, dəri xəstəliklərində (yanıqlarda, yaralarda, ekzemada, kəskin dermatitlərdə və s.) təyin olunur.
Büzüşdürücü təsirə malik olan bitki mənşəli preparatlar və qeyri-üzvi maddələr fərqləndirilir Bitki mənşəli preparatlardan tannin, palıd qabığının bişirməsi, adaçayı yarpaqlarının, çobanyastığı çiçəklərinin, qaragilə meyvələrinin dəmləməsi tibbi təcrübədə büzüşdürücü və zəif antiseptik maddə kimi istifadə olunur.