Dərman formaları


Ammonyak məhlulu (Solutio Ammonii Caustici). Sin.: Naşatır spirti



Yüklə 188,74 Kb.
səhifə43/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   39   40   41   42   43   44   45   46   ...   150
derma

Ammonyak məhlulu (Solutio Ammonii Caustici). Sin.: Naşatır spirti.



Ammonium-hidroksidin 10 %-li məhluludur. Tərkibində 9,5-10.5% ammonyak olur. 10, 40 ve 100 ml-lik flakonlarda ve 1 ml-lik ampullarda buraxılır.

Amonyak buxarları ilə nəfəs aldıqda yuxarı tənəffüs yollarında olan reseptorları qıcıqlandıraraq reflektor yolla tənəffüs mərkəzini oyadır.

Tənəffüs mərkəzini reflektor yolla oyatmaq və xəstəni bayılma vəziyyətindən çıxarmaq üçün istifadə edilir. Bu məqsədlə naşatır spirti ilə isladılmış pambıq və ya tənzif parçası xəstənin burnuna yaxınlaşdırılaraq yüngülcə iylədilir.

Bəzən sərxoş vəziyyətdə olan xəstəni ayıltmaq üçün daxilə 100 ml su ilə durulaşdırılmış 5-10 damcı naşatır spirti təyin olunur.

Cərrahiyyə təcrübəsində naşatır spirtindən Spasokukotski və Koçergin üsulu ilə əlləri yumaq üçün istifadə edilir.
Xardal kağızı, yaxud yaxması (Charta Sinapis). Üzərinə yağsızlaşdırılmış xardal unu yaxılmış 8x15 sm ölçülü kaĝız vərəqlərdən ibarətdir.

Tənəffüs orqanlarının xəstəliklərində, mialgiyada, nevralgiyada, stenokardiyada yayındırıcı müalicə məqsədilə istifadə edilir.

Bəzən sərxoş vəziyyətdə olan xəstəni ayıltmaq üçün daxilə 100 ml su ilə durulaşdırılmış 5-10 damcı naşatır spirti təyin olunur.

Cərrahiyyə təcrübəsində naşatır spirtindən Spasokukotski və Koçergin üsulu ilə əlləri yumaq

üçün istifadə edilir.

Temperaturu 35-400 C olan su ilə isladıldıqdan sonra dərinin müvafiq nahiyəsinə qoyularaq qıcıqlandırıcı təsirin əlamətləri (yandırıcı hiss və dəri örtüyünün qızarması) meydana çıxana qədər (təxminən 5-15 dəqiqə) orada saxlanılır.

Zədələnmiş nahiyələrə xardal yaxmasının qoyulması əks göstərişdir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin