Dərman formaları


Efferent innervasiyaya təsir göstərən dərman maddələri 2 qrupa bölünür



Yüklə 188,74 Kb.
səhifə45/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   41   42   43   44   45   46   47   48   ...   150
derma

Efferent innervasiyaya təsir göstərən dərman maddələri 2 qrupa bölünür:


1. Xolinergik sinapslarda oyanmanın ötürülməsinə təsir göstərən dərman maddələri. 2 . Adrenergik sinapslarda oyanmanın ötürülməsinə təsir göstərən dərman maddələri.

Xolinergik sinapslarda oyanmanin ötürülməsinə təsir göstərən dərman maddələri

Müəyyən edilmişdir ki, asetilxolinin qıcıqlandırıcı təsirini qəbul edən xolinoreseptorlar müxtəlif zəhərlərin təsirinə qarşı həssaslığına görə 2 cür olur. Qanqlionların xolinoreseptorları nikotinin (tütün yarpağında olan alkaloiddir), daxili orqanların xolinoreseptorları isə zəhərli göbələyin tərkibində olan muskarinin təsirinə qarşı həssasdır. Birincilər nikotinəhəssas xolinoreseptorlar (n- xolinoreseptorlar), ikincilər isə muskarinohəssas xolinoreseptorlar (M-xolinoreseptorlar) adlanır.

Bu terminologiyaya uyğun olaraq xolinergik sinapslarda oyanmanın ötürülməsinə təsir göstərən dərman maddələri aşağıdakı qruplara bölunur:


  1. M-xolinomimetik maddələr. Bunlar M-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərərək

oyanmanın sinapsdan ötürülməsini təmin edir;

  1. N-xolinomimetik maddələr (n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərən maddələr);

  2. M, N-xolinomimetik maddələr (eyni zamanda m- və n-xolinoreseptorları qıcıqlandırırlar);

  3. M-xolinoblokatorlar (M-xolinoreseptorları blokadaya alaraq oyanmanın sinapsdan ötürülməsinə mane olurlar);

  4. N-xolinoblokatorlar (n-xolinoreseptorları blokadaya alırlar).




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin