M-xolinomimetik maddələr seçici olaraq M-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir. M- xolinomimetik maddələrin təsirindən ürək yığılmasının tezliyi azalır (bradikardiya), göz bəbəkləri daralır və gözdaxili təzyiq azalır, qan damarları genişlənir, arterial təzyiq aşağı düşür, bronxların, mədə-bağırsaq sisteminin, sidik kisəsinin, öd yollarının saya əzələlərinin tonusu, daxili sekresiya vəzilərinin şirə ifrazı artır.
M-xolinomimetik maddələrdən tibbi təcrübədə geniş istifadə olunanları pilokarpin (Pilokarpus Jaborandi bitkisinin alkaloididir), aseklidin,sizapridvəaminopiridindir.
Güclü toksiki təsirə malik olduğu üçün muskarindən istifadə edilmir.