Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə76/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   72   73   74   75   76   77   78   79   ...   150
derma

β ADRENOBLOKATORLAR

Bunlar β adrenoreseptorları blokadaya alaraq simpatik sinir impulslarının orqanlara təsirinin qarşısını alır.



Ürəyin βı-adrenoreseptorlarının blokadası ürək əzələlərinin yığılma qabiliyyətinin aşağı düşməsinə və tezliyinin azalmasına; periferik damarların β2 adrenoreseptorlarinn blokadası isə damarlara simpatik sinir impulslarının daxil olmasının azalmasına və postqanqlionar sinapslarda noradrenalinin vezikullardan sinaptik yarığa keçməsinin ləngiməsinə səbəb olur.

Bundan başqa, β-adrenoblokatorlar böyrəklərdə rennin (güclü hipertenziv təsirə malik olan angiotenzin II-nin sintezi prosesində iştirak edən fermentdir) ifrazına tormozlayıcı təsir göstərirlər. Bütün bunlar β-adrenoblokatorların hipotenzivtəsirini sərtləndirir.

β-Adrenoblokatorlar β1- və β2-adrenoreseptorlara göstərdikləri təsirə görə fərqlənirlər. Onlardan bəziləri - asebutalol, atenolol, talinolol, betaksolol, bisoprolol ve metaprolol — ürəyin β1- Adrenoreseptorlarına seçici təsir göstərərək yalnız onları blokadaya alırlar. Bunlar kardioselektiv (seçici olaraq ürəyə təsir göstərən) preparatlar adlanır. Kardioselektiv preparatlar bronxlara zəif təsir göstərir, orqanların, o cümlədən ürəyin qan təchizatını pisləşdirmirlər.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin