Ümumi təsirli ß-adrenoblokatorlar isə — propranolol (Anaprilin), oksprenolol (Trazikor), pindolol (Visgen), timollol (Korqard) — eyni zamanda həm ürəyin β1-, həm də damar və bronxların β2-adrenoreseptorlarını blokadaya alırlar.
β-Adrenoblokatorlar qan təzyiqini və gözün daxili təzyiqini aşağı salır, miokardın (ürək əzələsinin) oksigenə olan tələbatını azaldır və antiaritmik təsir göstərirlər.
Tibbi təcrübədə β- adrenoblokatorlardan hipertenziyada, ürəyin işemik xəstəliklərində, ürəyin aritmiyalarında, qlaukomada, miqrenəbənzər baş ağrılarında, tremorda (başın, ətrafların və ya bütünlükdə gövdənin əsməsi) istifadə olunur.
Propranolol-hidroxlorid (Propranolol hydrochloride). Sin.: Anaprilin. | 10 və 40 mq dozalarda tablet şəklində və 0,25%-li məhlulu 1 ml-lik ampullarda buraxılır.
Propranololdan stenokardiyada, aritmiyalarda (sinus va paroksizmal taxikardiyalar, ekstrasistoliya, səyrici aritmiya) və hipertoniya xəstəliyinin bəzi formalarında istifadə olunur. 1, (gündə 3-4 dəfə, 10-40 mq dozalarda), bəzən isə venaya (0,25%-li məhlulundan 1 ml) təyin olunur.
Atrioventrikulyar blokadada, periferik damarların spazmında, bronxial astmada, hamiləlik dövründə propranololdan istifadə edilməsi əks göstərişdir.