Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə15/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   11   12   13   14   15   16   17   18   ...   150
derma

Sublinqval yolla yeritmə - dərman maddələrinin dil altından yeridilməsidir (Sub - altından, linqua - dil). Bəzi dərman maddələri, məsələn, validol, nitroqliserin və s. dil altına qoyulduqda oradan daha sürətlə sorulur. Bu yolla orqanizmə yeridilən dərman maddələri həzm fermentlərinin və xlorid turşusunun təsirinə, dil altından sorularaq yuxarı boş venadan ümumi qan dövranına qoşulduqları üçün, həmçinin qaraciyərin fermentativtəsirinə məruz qalmırlar.

Rektal yolla yeritmə - dərman maddələrinin düz bağırsağa (Per rectum) yeridilməsidir. Dərman maddələri düz bağırsağa dərman şamları və imaləsi şəklində (50-100 ml həcmində) təyin olunur. Bu zaman onlar peroral yolla yeridildiklərinə nisbətən daha tez sorulur. Bu yolla yeridilən dərman maddələri qaraciyər səddini keçmədən ümumi qan dövranına զosulur, Bu halda dərman maddəsinin təsir gücü daxilə qəbul edildiyindən daha artıq olur. Rektal yeritmə üsulundan əsasən dərman maddəsini daxilə təyin etmək mümkün olmadığı (məs, daxilə qəbul edildikdə qusma törədən maddələri) və onun qaraciyərlə kontaktının arzuolunmaz olduğu hallarda istifadə olunur (qaraciyər xəstəliklərində və s.).

Rektal yeritmə zamanı dərman maddələrinin xoşagəlməz dadı da aradan qaldırılmış olur ki, bu da uşaqların müalicəsində böyük əhəmiyyətə malikdir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin