Bu bölmədə tibbi təcrübədə geniş istifadə edilən ayrı-ayrı dərman maddələrinin əsas farmakoloji xassələri və onların tətbiqinə aid göstəriş və əks göstərişlər öyrənilir.
Sinir sisteminə təsir göstərən dərman maddələri.(neyrotrop maddələr)
Sinir Sistemi mərkəzi (baş beyin və onurğa beyni) və periferik şöbələrdən ibarətdir. Buna uyğun olaraq sinir sisteminə təsir göstərən dərman maddələri 2 qrupa bölünür:
Periferik sinir sistemina təsir göstərən dərman maddələri.
Mərkəzi sinir sisteminə təsir göstərən dərman maddələri.