Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə31/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   27   28   29   30   31   32   33   34   ...   150
derma

prokainin (Novokain) yüksək konsentrasiyalı (5%) məhlulundan (2-3 ml) istifadə edilir.

Prokain - hidroxlorid (Procaine hydrochloride). Sin.: Novokain

Poroşok halında, 0,25 və 0,5 %-li məhlulları 1; 2; 5 ml-lik ampullarda və 200, 400 ml-lik flakonlarda, 100 mq dozada şam şəklində və 5, 10 %-li məlhəm şəklində buraxılır.


Prokain kifayət dərəcədə anesteziyaedici təsir gücünə, nisbətən zəif toksiki təsirə və böyük müalicəvi təsir genişliyinə malikdir. Digər anestetiklərə nisbətən həm anesteziyaedici, həm də toksiki təsiri zəifdir.

Anesteziyaedici təsir müddəti 30-60 dəqiqədir. Tibbi təcrübədə əsasən keçirici və infiltrasion, bəzi hallar. da isə onurğa beyni və səthi anesteziya yaratmaq, mədə və onikibarmaq bağırsaq xoralarında, babasildə, anusda çatlar olduqda və digər bu kimi hallarda ağrıları aradan qaldırmaq üçün tətbiq edilir.

İnfiltrasion anesteziya üçün prokainin 0,25-0,5 %-li, keçirici anesteziya üçün 1-2 %-li, onurğa beyni anesteziyası 5%- li (2-3 ml-lik) məhlullarından istifadə olunur (məhlulları natrium-xlolridin izotonik məhlulunda hazırlanır).

Səthi anesteziya maqsədilə 10-20 %-li məhlulundan və 5-10%-li məlhəmindən otolarinqologiyada istifadə edilir Prokalin selikli qişadan pis sorulduğu üçün səthi anesteziya az yararlıdır.

Daxilə 0,25-0,5 %-li məhlulundan gündə 2-3 dəfə, 30-50 ml təyin edilir.



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin