Dərman formaları


Lidokain (Lidocaine), Sin.: Ksikain, Ksilokain



Yüklə 188,74 Kb.
səhifə32/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   28   29   30   31   32   33   34   35   ...   150
derma

Lidokain (Lidocaine), Sin.: Ksikain, Ksilokain


1%-li məhlulu 10 ml-lik; 2%-li məhlulu, 2 Ve 10 ml-lik; 10%-li məhlulu 2 ml-lik ampullarda, 2 və 4%-li məhlulları göz damcısı kimi 5 ml-lik flakonlarda və 1,5 ml-lik damcıladıcı tubliklərdə buraxılır.

Prokaindən 4 dəfə güclü anesteziyaedici təsirə və 1,5-2 dəfə artıq təsir müddətinə (2 saata yaxın) malikdir. Toksiki təsiri prokainə nisbətən bir qədər güclüdür.

Prokaindən fərqli olaraq orqanizmdə lideokainin metabolizmi zamanı para-aminobenzoy turşusu əmələ gəlmir. Bu onun sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə təyin olunmasına imkan verir.

Lidokaindən yerli anesteziyanın bütün növlərində istifadə edilir. İnfiltrasion anesteziya üçün 0,25-0,5%-li, keçirici anesteziya üçün

0,5-1%-li, yaxud 2%-li, səthi anesteziya (traxeyanın intubasiyasında, bronxozofaqoskopiyada, poliplərin kəsilməsində və s.) üçün 1-2%-li, bəzən 5 %-li məhlullarından istifadə edilir.

Lidokain məhlullarının hər 10 ml-ə 1 damcı 0,1%-li epinefrin (Adrenalin) məhlulu əlavə edilir (məhlulun bütün kütləsinə 5 damcıdan artıq adrenalin əlavə edilməmək şərtilə).



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin