Trimekain - hidroxlorid (Trimecaine Hydrochloride). Sin.: Trimekain
Poroşok halında, 0,25 %-li məhlulu 10 ml-lik, 0,5 və 1 %-li məhlulları 2, 5 və 10 ml-lik, 2 %-li
məhlulu 1, 2, 5 və 10 ml-lik 5 %-li məhlulu 1 və 2 ml-lik ampullarda buraxılır.
Prokainə nisbətən daha güclü (2-3 dəfə) və uzunmüddətli anesteziyaedici təsirə malikdir. Toksiki təsiri nisbətən zəifdir.
Əsasən infiltrasion və keçirici anesteziya yaratmaq üçün istifadə edilir. Məhluluna epinefrin əlavə edilir.
Lidokain kimi trimekalini də sulfanilamid preparatları ilə müalicə olunan xəstələrə təyin etmək
olar.
Dostları ilə paylaş: |