Onurğa beyni anesteziyası. Keçirici anesteziyanın bir növüdür. Bu zaman yerli anesteziyaedici maddənin məhlulu III və IV bel fəqərələrinin arasından onurğa beyninə yeridilir. Bu zaman anesteziyaedici maddə onurğa beyninin bel-oma şöbəsinə daxil olan bütün hissi sinirləri blokadaya alaraq onların oyanmanı ötürməsinə mane olur. Nəticədə bədənin aşağı yarısında və aşağı ətraflarda hissiyyat itir. Onurğa beyni anesteziyasından adətən kiçik çanaq üzvlərinin və aşağı ətrafların cərrahi əməliyyatları zamanı istifadə edilir.
Onurğa beyni anesteziyası üçün yüksək aktivliyə malik olan anestetikdən (Lidokain) ve ya