Palıd qabığı (Cortex Quercus) 1:10 nisbətində bişirməsindən ağız boşluğunun, əsnəyin, udlağın, qırtlağın iltihabi proseslərində (qinqivitlərdə, stomatitlərdə) qarqara şəklində istifadə edilir. Bəzən bişirməsindən yanıqların müalicəsi üçün istifadə olunur.
Adaçayı yarpagi (Folium Salviae) dəmləməsindən iltihabı aradanqaldırıcı maddə kimi ağızı və boğazı qarqara etmək üçün istifadə edilir.
Adaçayı yarpaqlarından alınan Salvin (Salvinum) preparatı büzüşdürücü və iltihabı aradanqaldırıcı təsirə malik olmaqla (1%-li spirtli məhlul şəklində 10 ml-lik flakonlarda buraxılır) ağız boşluğunun iltihabi xəstəliklərində (stomatit, paradontoz və s.) istifadə olunur.