Çobanyastığı çiçəkləri (Flores Chamomillae). Çobanyastığı çiçəklərinin çayından (1 xörək qaşığı çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, soyudulur və süzülür) və, dəmləməsindən bağırsağın spazmında, meteorizmdə (bağırsaqlarda qaz toplanması) və ishalda istifadə edilir.
Daxilə (gündə 2-3 dəfə, 1-5 xörək qaşığı) və imalə şəklində təyin edilir.
Zəif antiseptik və büzüşdürücü maddə kimi xaricə istifadə edilir qarqara və islatma şəklində).
Romazulan (Romasulan) 100 ml-lik flakonlarda buraxılır. Tərkibində çobanyastığının ekstraktı (46 ml) çobanyastığından alınan efir yağı (0.3 ml) və emulqator (4 q tvin-80) olan mayedir. Efir yağının tərkibində iltihab əleyhinə təsirə malik olan azulen (6%) vardır.
Preparat iltihab əleyhinə və dezodorasiyaedici (pis qoxunu aradan qaldırıcı) təsirə malikdir.
Ağız boşluğunun iltihabi xəstəliklərində (qinqvit, stomatit), xarici qulagın iltihabında, Vaginitlərdə, uretritlərdə, iltihabi dermatozlarda, trofik yaralarda müvafiq nahiyələri yümaq, yaxalamaq və kompres qoymaq üçün istifadə edilir.
Qastritlərdə, kolitlərdə və meteorizmlə müşayiət olunan digər xəstəliklərdə daxilə, spastik kolitlərdə həmçinin imalə şəklində təyin edilir. İmalə şəklində və xaricə istifadə edərkən preparatdan 15 xörək qaşığı su ilə durulaşdırılır. Daxilə 0.5 xörək qaşığı preparat 1 stəkan isti su ilə qəbul edilir.
Qeyri-üzvi büzüşdürücü maddələrə əsasi bismut-nitrat, kseroform, dermatol, qurgusun- asetat, kalium-aliminium zəyi və s. aiddir.
(Qeyri üzvi büzüşdürücü maddələrin yüksək konsentrasiyalı, məhlulları yandırıcı təsir göstərə
bilər.
Dostları ilə paylaş: |