Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə47/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   43   44   45   46   47   48   49   50   ...   150
derma

Pilokarpin-hidroxlorid (Pilocarpini hydrochloridum). A siyahısına daxildir.Poroşok halında, 1 və 2 %%-li məhlul (5 və 10 ml-lik flakonlarda) və göz məlhəmi şəklində buraxalir. Pilokarpin orqanizmə yeridildikdə ürək fəaliyyətinə tormozlayıcı təsir göstərir, arterial təzyiqi aşağı salır, bronxların tonusunu, ağız suyunu və tər vəzilərinin şirə ifrazını artırır, bağırsağın peristaltik hərəkətini gücləndirir.

Çox güclü toksiki təsirə malik olduğu üçün tibbi təcrübədə pilokarpinin yalnız yerli təsirindən istifadə olunur.

Əsasən göz təcrübəsində qlaukomanın müalicəsi üçün istifadə edilir. Qlaukoma zamanı gözün daxili təzyiqi kəskin yüksəlir. Bu isə görmənin pisləşməsinə və hətta korluğa səbəb ola bilər. Pilokarpinin təsirindən göz bəbəkləri daralır və gözün daxili təzyiqi aşağı düşür.
Eyni məqsəd üçün pilokarpinlə timololun fotil fotil forte adı ilə buraxılan kombinə edilmiş preparatlarından da istifadə olunur (göz damcısı şəklində).


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin