Rp.: Sol. Pilocarpini hydrochloridi 1%-5 ml
D.S. Göz damcısı. Gündə 2-3 dəfə, 1-2 damcı.
#
Rp. : Sol. Aceclidini 0,2%-1 ml
D. t.d. N.6. in amp.
S. Gündə 1-2 dəfə, 1 ml dəri altına yeritməli,
Bunlar n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir. N-Xolinoreseptorlar simpatik və parasimpatik qanqlionlarda, böyrəküstü vəzilərin beyin maddəsi hüceyrələrində, sinokarotid kələflərdə və skelet əzələlərində yerləşir. Ona görə də n-xolinomimetik dərman maddələrinin təsiri özünü orqanizmin bu hissələrinin fəaliyyətində daha çox göstərir .
Sinokarotid kələflərin (ümumi yuxu arteriyalarının şaxələndiyi yerdə yerləşir) n- xolinoreseptorlarının qıcıqlanması nəticəsində reflektor yolla uzunzov beyində yerləşən tənəffüs və damar — hərəkət mərkəzləri oyanır.
N-xolinomimetik dərman maddələrinə sititon və lobelin aiddir.
Dostları ilə paylaş: |