Dərman formaları


Lobelin-hidroxlorid (Lobelini hydrochloridum)



Yüklə 188,74 Kb.
səhifə51/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   47   48   49   50   51   52   53   54   ...   150
derma

Lobelin-hidroxlorid (Lobelini hydrochloridum). Poroşoku A siyahısına, ampulları isə B siyahısına daxildir. 1%-li məhlulu 1 ml-lik ampullarda buraxılır. Lobelin-Lobelia infanta bitkisinin alkaloididir. Xolinomimetik təsiri sititona nisbətən zəifdir.

Farmakoloji təsiri və tətbiqinə dair göstərişlər sititonda olduğu kimidir. 1%-li məhlulundan 0,3 ml (usaqlarda 0,1-0,2 ml) venaya təyin edilir.

Aterosklerozda və ağciyərlərin ödeminda lobelinin təyin olunması əks göstərişdir.

Nikotin. Güclü toksiki təsirə malik olduğu üçün tibbi təcrübədə istifadə olunmur . Siqaret çəkərkən tüstü ilə orqanizmə daxil olur. Kiçik dozalarda mərkəzi sinir sisteminə oyadıcı, böyük dozalarda isə tormozlayıcı təsir göstərir.

Sinokarotid kələflərdə və böyrəküstü vəzilərin beyin maddəsi hüceyrələrində olan qıcıqlandırıcı təsir göstərdiyindən damar-hərəkət mərkəzinin oyanması və

Adrenalin ifraznın güclənməsi nəticəsində hipertoniya xəstəliyinin və aterosklerozun inkişafına səbəb olur.

Aşağı ətraf damarlarının daralması endarteritin inkişaf etməsinə və aşağı ətrafların qanqrenasına (qidalanmanın pozulması nəticəsində) səbəb ola bilər.

Nikotin ürək damarlarına daraldıcı təsir göstərməklə ürəyin işemik xəstəliklərinin (stenokardiya və miokard infarktı) inkişaf etməsi üçün əlverişli şərait yaradır.

Müəyyən edilmişdir ki, tütünün tərkibində nikotinlə yanaşı 300-ə qədər zəhərli maddə, o cümlədən kanserogen təsirli maddələr (benzpiren törəmələri, radioaktiv polonium-210) vardır. Bunlar siqaret tüstüsü ilə orqanizmə daxil olaraq yuxarı tənəffüs yollarını və agciyərləri qıcıqlandırır, nəticədə bronxitlərin, ağciyər emfizemasının, pnevmosklerozun inkişafına səbəb olur.



(Nikotinizmlə mübarizə üçün sitizin və lobelin alkaloidlərindən istifadə edilir. Bu məqsədlə sitizin -«Tabeks», lobelin isə «Lobesil» tabletlərinin tərkibində istifadə olunur. Onlar orqanizmə nikotinəbənzər təsir göstərdiyindən orqanizmin nikotinə olan tələbatını ödəyir. Digər tərəfdən bu tabletlərlə müalicə olunan müddətdə xəstə siqaret çəkərsə onda xoşagəlməz duyğular baş verdiyindən siqaretə qarşı ikrah hissi yaranır.

Mədə və onikibarmaq bağırsaq xoralaranda (Tabekis və «Lobesil» tabletlərinin təyin olunması əks göstərişdir.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin