Antixolinesteraz maddələrin təsirindən orqanizmdə baş verən dəyişikliklər nəticə etibarilə endogen, asetilxolinin m, n xolinoreseptorlara göstərdiyi qıcıqlandırıcı təsirin törətdiyi dəyişikliklərdən ibarətdir. Bu zaman göz bəbəkləri daralır. (nəticədə gözün daxili təzyiqi azalır), arterial təzyiq aşağı düşür; daxili üzvlərin (mədə-bağırsaq sistemi, bronxlar, sidik kisəsi, uşaqlıq və s) saya əzələlərinin tonusu yüksəlir, vəzilərin şirə ifrazı güclənir.
Antixolinesteraz dərman maddələrinə neostiqmin-metilsulfat (Prozerin), qalantamin, ambenonium-xlorid (Oksazil), distiqmin-bromid (Ubretid), piridostiqmin-bromid (Kalimin) və s. aiddir.
Dostları ilə paylaş: |