Resept nümunələri Rp.: Cytitoni 1 ml
D. t.d. N.6. in amp.
S. 1 ml venaya yeritməli (tedricon). #
Rp.: Tabulettas (Tabex) N.100
D.S. Gündə 2 dəfə, 1 tablet qəbul etməli.
M - N-xolinomimetik dərman maddələri
M.-, n-xolinomimetik maddələri şərti olaraq iki qrupa bölmək olar:
birbaşa təsirli; .
dolayı təsirli.
Birbaşa təsirli m-., n-xolinomimetik maddələr-asetilxolin (xolinergik sinapsların mediatoru) və karboxolin bilavasitə m- və n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir.
Dolayı təsirli m-, n-xolinomimetik maddələr isə xolinergik sinapslarda xolinesteraza fermentinin fəallığını azaldaraq onun asetilxolini parçalamasına mane olur. Nəticədə asetilxolinin m-
və n-xolinoreseptorlara göstərdiyi qıcıqlandırıcı təsirin gücü və müddəti artır. Xolinesteraza fermentinin katalitik fəallığını azaltdıqları üçün bu maddələr antixolinesteraz maddələr adlanır.
Asetilxolin çox qısa müddətli təsirə (bir neçə dəqiqə) malik olduğu üçün.ondan tibbi təcrübədə istifadə edilmir. Sintetik üsulla alınmış və quruluşca asetilxolinə oxşayan karboxolin də dərman preparatı kimi hazırda demək olar ki, istifadə olunmur. 0,5-1%-li məhlulları bəzən göz damcısı şəklində qlaukomanın müalicəsi üçün tətbiq edilir. . Tibbi təcrübədə antilxolinesteraz maddələrdən geniş istifadə olunur.
Dostları ilə paylaş: |