Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə50/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   46   47   48   49   50   51   52   53   ...   150
derma

Sititon (Cytitonum). 1 ml-lik ampullarda buraxılır. Sitizin alkaloidinin (termopsis otunda olur) 0,15%-li məhluludur.

Sititonun təsirindən reflektor yolla tənəffüs və damar-hərəkət mərkəzləri oyanır, tənəffüs dərinləşir və tezləşir. Damar-hərəkət mərkəzinin oyanması və damardaraldıcı təsirə malik adrenalin ifrazının güclənməsi nəticəsində arterial təzyiq yüksəlir.

Sititondan reflektor yolla tənəffüs mərkəzini oyatmaq üçün istifadə edilir (yenidoğulmuşların asfiksiyasında, boğulmalarda, dəm qazı ilə zəhərlənmə zamanı, cərrahi əməliyyat, yaxud zədələnmə nəticəsində tənəffüs dayandıqda və s.)

0,5 ml miqdarında venaya təyin edilir (12 aylığa qədər olan uşaqlara 0,1 ml).
Narkoz törədən maddələrlə, yuxu dərmanları ilə zəhərlənmə zamanı tənəffüs mərkəzinin reflektor oyanıqlığı blokadaya alındığından tənəffüs mərkəzini oyatmaq üçün sititon və lobelin səmərəsizdir.

Hipertonya və ateroskleroz zamanı sititonun təyin olunması əks göstərişdir.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin