Rp.: Sol. Proserini 0,05% - 1 ml
D. t.d. N.6. in amp.
S. Gündə 1-2 dəfə, dəri altına 1 ml yeritməli.
#
Rp.: Sol. Galanthamini hydrobromidi 1 % - 1 ml
D.t.d, N.6 in amp.
S. Gündə 1-2 dəfə, dəri altına 0,5 ml yeritməli
XOLİNOBLOKATORLAR
Bunları M-xolinolitik və ya antixolinergik maddələr də adlandırırlar.
Bu qrupa daxil olan maddələr parasimpatik sinir uclarında yerləşən M-xolinoreseptorları blokadaya alaraq onları asetilxolinin qıcıqlandırıcı təsirindən qoruyur və bununla da parasimpatik sinir sisteminin daxili orqanlara və vəzilərə göstərdiyi təsiri aradan qaldırmış olurlar.
Dostları ilə paylaş: |