Orqanizmə təkrar yeridilmə zaman dərman maddələrinin təsirinin dəyişməsi
Bəzi dərman maddələrinin orqanizmə təkrar yeridilməsi zamanı kumulyasiya, vərdişolma, dərmandan asılılıq vəziyyəti baş verə bilər.
Kumulyasiya. Kumulyasiya (Cumulare - toplanmaq) dedikdə orqanizmə təkrar yeridilərkən dərman maddəsinin təsirinin güclənməsi başa düşülür. Dərman maddəsinin orqanizmdə toplanması nəticəsində baş verən kumulyasiya maddi kumulyasiya adlanır. Adətən, orqanizmdən gec xaric olan dərman maddələri (məsələn, ürək qlikozidləri) maddi kumulyasiya törədir.
Bəzi maddələr (məsələn, etil spirti) orqanizmdə toplanmasa da təkrarən orqanizmə yeridilməsi onların təsir gücünün artmasına səbəb olur. Bu, dərman maddəsinin törətdiyi effektin uzunmüddətli olması ilə əlaqədardır. Dərman maddəsinin orqanizmə təkrar yeridilməsi zamanı onun yaratdığı effektlərin toplanması nəticəsində baş verən kumulyasiya funksional kumulyasiya adlanır.
Kumulyasiya törədən dərman maddələri ilə müalicə zamanı doza elə seçilməlidir ki, dərman maddəsinin orqanizmə təkrar yeridilməsi orqanizmdə onun toksiki dozasının əmələ gəlməsinə səbəb olmasın.
VərdiĢolma. Orqanizmə təkrar yeridilmə zamanı dərman maddəsinin təsirinin zəifləməsi vərdiĢolma adlanır. Müalicə prosesində hər hansı dərman maddəsinə qarşı vərdişolma yarandıqda onun dozasını yüksəltmək, yaxud müalicəni başqa preparatlarla davam etdirmək lazımdır.
Dərmandan asılılıq. Bəzi dərman maddələrindən uzun müddət istifadə etdikdə (narkotik analgetiklər, spirt və s.) dərmandan asılılıq vəziyyəti yaranır. Yəni orqanizmdə dərman maddəsinə qarşı daxili tələbat yaranır və xəstə həmin dərmanı vaxtaşırı qəbul etmək məcburiyyətində qalır. Əks halda orqanizmdə ağır psixi pozğunluqla müşayiət olunan dözülməz vəziyyət - abstinensiya baş verir.
Dostları ilə paylaş: |