Dərman müalicəsinin (farmakoterapyanin) növlərì
Məqsədindən asılı olaraq farmakoterapiyanın aşağıdakı növlərini fərqləndirirlər.
Etiotrop müalicə. Müalicənin məqsədi xəstəliyi törədən səbəbi (yaxud səbəbləri) aradan qaldırmaqdır. Bu müalicə növündən əsasən infeksion xəstəliklər zamanı istifadə olunur.
Simptomatik müalicə. Bu müalicə növü xəstəliyin əlamətlərini zəiflətmək, yaxud tamamilə aradan qaldırmaq məqsədini daşıyır. Patogenetik müalicə. Xəstəliyin patogenezini (patogenez xəstəliyin inkişaf mexanizmidir. Pathos - iztirab, genesis - mənşə) aradan qaldırmaq üçün aparılır. Bu zaman hər hansı bir orqanın pozulmuş fəaliyyəti bərpa olunur. Məsələn, ürək qlikozidləri ilə ürək çatışmazlığının müalicə olunması patogenetik müalicədir.
Əvəzedici müalicə. Bu zaman orqanizmdə müəyyən komponentlərin çatışmazlığı, həmin komponentlərin dərman preparatlarını orqanizmə yeritməklə aradan qaldırılır. Məsələn, vitamin və hormon çatışmazlığı zamanı orqanizmə müvafiq olaraq Vitamin və hormon preparatlarının təyin olunması əvəzedici müalicə məqsədi daşıyır.
Möhkəmləndirici (və ya ümumi stimullaĢdırıcı) müalicə. Ümumi zəiflik, fiziki və əqli iş qabiliyyətinin aşağı düşməsi və s. ilə müşayiət olunan xəstəliklər zamanı orqanizmə ümumi möhkəmləndirici preparatların (məsələn, aloye, jenşen preparatları və s.) təyin olunması ilə aparılan müalicədir.
Kompleks müalicə. Bu zaman müalicənin bir neçə növündən kompleks şəkildə istifadə olunur.
Məsələn, ağciyərlərin iltihabı zamanı etiotrop (antibiotiklər,sulfanilamid preparatları),
Dostları ilə paylaş: |