Periferik sinir sistemi afferent (hissi) və efferent (hərəki) sinirlərdən ibarətdir.
Afferent, yaxud hissi sinirlər oyanmanı orqan və toxumalardan mərkəzi sinir sisteminə ötürən sinirlərdir. Onların uclarında müxtəlif qıcıqlara qarşı seçici həssaslıq göstərən reseptorlar vardır.
Efferent və ya hərəki sinirlər sinir impulslarını mərkəzi sinir sistemindən icraedici orqanlara ötürür ki, nəticədə onların fəaliyyətində sinir impulsunun xarakterinə müvafiq olaraq dəyişiklik baş verir (məsələn, əzələ yığılır, yaxud açılır).