Periferik sinir sisteminin təsnifatına uyğun olaraq ona təsir göstərən dərman maddələri də iki qrupa bölünür:
Afferent innervasiyaya təsir göstərən dərman maddələri.
Efferent innervasiyaya təsir göstərən dərman maddələri.
Afferent innervasiya ya təsir göstərən dərman maddələri
Afferent innervasiyaya (hissi sinir uclarına) təsir göstərən dərman maddələrini iki qrupa bölmək olar:
Hissi reseptorların (hissi sinir uclarının) qıcıqları qəbul etməsinə və sinir impluslarının hissi sinirlərlə mərkəzi sinir sisteminə ötürülməsinə mane olan dərman maddələri.
Hissi sinir uclarına qıcıqlandırıcı (oyandırıcı) təsir göstərən dərman maddələri.