DƏrs 1 alman diLİNİN ƏLİfba sistemi



Yüklə 137,94 Kb.
səhifə5/5
tarix18.05.2020
ölçüsü137,94 Kb.
#31236
növüDərs
1   2   3   4   5
ALMAN DILI QRAMATIKASI








İNDİKİ BİTMİŞ ZAMAN

( RPERFEKT )


Perfekt deyərkən fellərin "öyrəndim", "aldım" və sair kimi zaman forması başa düşülür. Bu zaman formasını düzəltmək üçün biz 21-ci dərsdə keçdiyimiz
1. qaydalı fellər
2. qaydasız fellər
bölgüsünü bir daha yadımıza salmalıyıq.

qaydalı fellər üçün Perfekt zaman formasının strukturu

1-ci yerdə 
mübtəda

İch


2-ci yerdə
haben

habe

3-cü, 4-cü, 5-ci ...
digər cümlə üzvləri

mein Diplom in Baku



sonda 
Partizip II

gemacht.

Verilmi bu nümunə cümlədə fikir verdinizsə habe və gemacht xüsusi qırmızı və qalın şriftlə verilmişdir. Çünki bunlar haqqında ayrıca danışmaq lazımdır.

haben köməkçi felinin şəxslər üzrə təsrifini biz artıq 9-cu dərsdə öyrənmişik. Bu gün isə əlavə olaraq onu da bildirək ki, elə 9-cu dərsdə izah edildiyi kimi felin   var   mənasından başqa bu köməkçi fel əsasən 3 zaman formasının düzəldilməsində köməkçi fel kimi də işlənir.

qaydasız fellər üçün Perfekt zaman formasının strukturu

Əslində bu da qaydalı fellər üçün olan struktura yaxındır. Sadəcə burada 2-ci yerdə təkcə haben köməkçi feli deyil, həm də sein köməkçi feli də işlənə bilər.



1-ci yerdə 
mübtəda

2-ci yerdə
haben və ya sein

3-cü, 4-cü, 5-ci ...
digər cümlə üzvləri

sonda 
Partizip II

Fikir verirsinizsə istər qaydalı, istərsə də qaydasız fellərin Perfekt zaman strukturunda sonda əsas felin Partizip II forması işlənir. 
Bəs Partizip II forması ümumiyyətlə nədir, necə düzəlir və necə işlənir?

Partizip II qaydalı fellər üçün:   =    ge    +    felin kökü    +    t
Partizip II qaydasız fellər üçün: =    ge    +    felin kökü // kökə bənzəri  +  en

Felin Partizip II forması düzəldilərkən 2 halda ge- sözönü əlavə edilmir:

1. Fellər - ieren ilə bitərkən.

Məsələn:
studieren         - studiert


telefonieren     - telefoniert
reservieren      - reserviert
regulieren        - reguliert
konjugieren     - konjugiert

2. Felin əvvəlində ayrılmayan önşəkilçi olarkən.

Məsələn:
besuchen         - besucht
gebrauchen      - gebraucht
erlernen           - erlernt
Bu haqqda sözönləri bəhsində daha ətraflı danışacağıq.

İndi isə indiki bitmiş zaman forması düzəldilərkən nə vaxt



haben
nə vaxt
sein

işlətməyin lazım olduğunu öyrənək.

haben

(təxminən 98% fellər)

1. Bütün qaydalı fellər
2. sich qayıdış əvəzliyi olan fellər
3. seinla işlənməyən qaydasız fellər

sein

(təxminən 2% fellər)


1. hərəkət yerdəyişməsi bildirən fellər, yəni gehen - getmək, kommen -          gəlmək, fliegen - uçmaq və s.


2. vəziyyət dəyiçməsi bildirən fellər, yəni sterben - ölmək, aufstehen - ayağa   durmaq, fallen - yıxılmaq və s.
3. bir grup fellər, yəni werden - olmaq, eintreten - daxil olmaq, sein -          dır/dir/dur/dür, bleiben - qalmaq və s.

İndi isə dediklərimizi əyani olaraq görə bilmək üçün indiki davaedici zamanda vəindiki bitmiş zamanda bir neçə nümunələrə müraciət edək.



Ich lerne Deutsch.

Die Studentin kommt an die Tafel.

Ich sehe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film an .

Die aserbaidschanischen Schachspielerspielen heute genug professionell.



Ich habe Deutsch gelernt .

Die Studentin ist an die Tafel gekommen.

Ich habe im Wohnzimmer zusammen mit meinem Bruder einen Film angesehen .

Die aserbaidschanischen Schachspieler habenheute genug professionell gespielt.



Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz. 






KEÇMİŞDƏ KEÇMİŞ ZAMAN

 

( PLUSQUAMPERFEKT )


Bu zaman formasının nə olduğunu, necə düzəldiyini və nə zaman işlənildiyini başa düşə bilmək üçün əvvəlcə azərbaycan dilindən çıxış edək. Belə bir cümlə yazaq:



Mən evə gələndə, sən getmişdin.

Bu nümunədə iki hərəkət var:

1. sən getmişdin
2. Mən evə gələndə

Fikir verin, hər iki hərəkət keçmişdə baş verir. Amma eyni zamanda olmur. Əvvəlcə bir hərəkət baş verib qurtarır (1.Sən getmişdin), sonra isə ikinci hərəkət baş verir (1. mən evə gələndə). Yəni, bir birinin ardınca keçmişdə baş verən iki hərəkətdən söhbət gedir. Ona görə də bu zamanın adını keçmişdə keçmiş zamanadlandırdıq.

İndi isə həmin cümlənin alman dilində olan variantına baxaq:

Du warst schon gegangen, als ich nach Hause kam.

Bu nümunə də azərbaycan dilində olan cümlənin eynilə tərcüməsi olduğu üçün yenə də iki hərəkət var,

1. Du warst gegangen
2. als ich nach Hause kam 

və burada da hər iki hərəkət bir-birinin ardınca keçmişdə baş verir.

Grammatik olaraq birinci hərəkət, yəni daha əvvəl baş verən hərəkət (1. Du warst gegangen) PLUSQUAMPERFEKT, ikinci, yəni daha sonra baş verən hərəkət isə (2. als ich nach Hause kam) İMPERFEKT (və ya PRÄTERITUM) zamanda baş verir.
İki hərəkət arasında azərbaycan dilində zaman münasibəti bildirən -anda, -əndəşəkilçisi, alman dilində isə eyni mənanı verən als bağlayıcısı işlədilir.

Bir neçə nümunə ilə fikrimizi daha da aydınlaşdıraq:



Maşın kəndə girəndə Rüstəm kişi küsülü adamlar kimi oturmuşdu.

Sən atama zəng edəndə mən artıq evdənçıxmışdım.

Müəllim dərsi izah edəndə mən bu qaydanı artıq başa düşmüşdüm


Rustam hatte wie ein beleidigter Manngesessen, als das Auto ins Dorf fuhr .

Ich hatte das Haus schon verlassen, als du meinen Vater anrief.

Ich hatte die regel schon verstanden, als der Lehrer sie erklärte .

Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz. 



QƏTİ GƏLƏCƏK ZAMAN

 

FUTURM I


Bu zaman forması azərbaycan dilində felin kökünə -acaq, -əcək, -yacaq, -yəcəkşəkilçilərindən biri artırılmaqla düzəldilir. Məsələn: Mən təhsilimi Bakıda davametdirəcəyəm.

Alman dilində isə Futurum I gələcək zaman forması şəkilçi vasitəsi ilə deyil, köməkçi werden feli vasitəsi ilə düzəlir.

Futurum I zaman formasının nəqli cümlə modeli


1-ci yerdə 
mübtəda

İch


2-ci yerdə
werden

werde

3-cü, 4-cü, 5-ci ...
digər cümlə üzvləri

mein Studium in Baku



sonda 
Infinitiv

fortsetzen.

 

Futurum I zaman formasının sual sözsüz sual cümlə modeli

1-ci yerdə 
köməkçi fel

Werde


2-ci yerdə
mübtəda

ich

3-cü, 4-cü, 5-ci ...
digər cümlə üzvləri

mein Studium



sonda 
Infinitiv

fortsetzen?

 

Futurum I zaman formasının sual sözlü sual cümlə modeli

1-ci 
sual

Was


2-ci 
köməkçi

werde

3-cü 
mübtəda

ich


və s. 
qalanları

---


sonda 
İnfinitiv

fortsetzen?

Deməli, Futurum I zaman forması üçün vacib olan fel werden köməkçi felidir. Çünki şəxslər üzrə məhz həmin fel dəyişir, əsas fel isə cümlənin sonunda məsdərdə, yəni İnfinitivdə dayanır. Elə isə gəlin werden köməkçi felinin şəxslər üzrə dəyişməsi, yəni təsrifi qaydası ilə tanış olaq:

ich  werde
du   wirst
er    wird
sie   wird
es    wird
wir   werden
ihr    werdet
sie    werden
Sie   werden

İndi isə bir necə nümunə cümlələr yazaq:



Sən bizə gləcəksən.

Sən bizə gləcəksən?

Biz bu gün valideynlərimizə baş çəkəcəyik. 

Biz bu gün valideynlərimizə baş çəkəcəyik? 

Biz valideynlərimizə nə vaxt baş çəkəcəyik? 

Onlar haraya gedəcəklər?



Du wirst zu uns kommen.

Wirst du zu uns kommen?

Wir werden heute unsere Eltern besuchen.

Werden wir heute unsere Eltern besuchen?

Wann werden wir unsere Eltern besuchen?

Wohin werden sie gehen?


Cədvəldə müvafiq olaraq verilmiş Futurum I zaman formasında olan

1. nəqli cümlə
2. sual sözsüz sual cümləsi
3.sual sözsüz sual cümləsi

dediklərimizin başa düşülməsində yəqin ki, Sizə qismən də olsa kömək edəcəkdir.

Əlavə olaraq, müvafiq nömrə altında verilmiş tapşırıqları yazılı həll etməklə Siz nəzəri olaraq əldə etdiyiniz biliklərinizi praktik olaraq daha da təkmilləşdirə bilərsiniz. 





KEÇMİŞDƏ GƏLƏCƏK ZAMAN

 

( FUTURUM II )


Bu zaman formasını başa düşmək üçün əvvəlcə gəlin azərbaycan dilində buna müvafiq olan bir nümunəyə müraciət edək.

Gələcəkmiş babam mənim yanıma,
Baxacaqmış allı-güllü bostanıma.
Dərəcəkmiş, dadlı meyvələr yeyəcəkmiş,
Mənə yüz dəfə "çox sağ ol" deyəcəkmiş.

Azərbaycan dili poeziya nümunələrindən biri olan bu şer parçası tamamilə FUTURUM II zaman formasında yazılmışdır. Verilən bu nümunədən də başa düşdünüz ki, FUTURUM II zaman forması keçmişdə planlaşdırılan, lakin sonradan baş tutmayan, olmayan hərəkətləri ifadə etmək üçündür. Şifahi və yazılı dildə çox nadir hallarda işlənir.

İndi isə bu zaman formasının alman dilində necə düzəldilməsinə baxaq:

Qaydanı daha yaxşı başa düşmək üçün bu zaman formasının alman dilində düzəldilməsini iki mərhələyə bölək:

1. Perfekt zaman forması
2. Perfekt zaman forması + werden

İndi birinci mərhələni, yəni Perfekt zaman formasını yazaq:


1.Mein Freund hat mir einen Breif geschrieben.
   (Dostum mənə məktub yazdı.)

1.Mein Freund ist nach Deutschland gefahren.


   (Dostum Amaniyaya getdi.)

İndi isə ikinci mərhələni, yəni Perfekt + werden formasını yazaq:


2. Mein Freund wird mir einen Breif geschrieben haben.
   (Dostum mənə məktub yazacaqmış.)

2. Mein Freund wird nach Deutschland gefahren sein.


   (Dostum Amaniyaya gedəcəkmiş.)

Nümunələrdən aydın olduğu kimi werden feli cümlədə 2-ci cümlə üzvü yerində yazılır və ikinci yerdə olan haben/sein fellərinin (cünki Perfekt məhz bu köməkçi fellərin ikinci yerdə iştirakı ilə düzəlir) İnfinitiv formada cümlənin sonuna keçməsini tələb edir.



ISIM


İsim - konkret və mücərrədliyind olan canlı və cansız varlıqların adıdır. Uyğun oilaraq kim? vənə? suallarından birinə cavab verir. Azərbaycan dilindən fərqli olaraq bütün isimlər, yəni canlılar və cansızlar, cümlənin hansı yerində (əvvəlində, ortasında, sonunda) gəlməsindən asılı olmayaraq mütləq həmişə həmişə böyük hərflə başlanaraq yazılır.

Misal üçün:
Cümlənin əvvəlində:
Die deutsche Sprache ist sehr interessant.

Cümlənin ortasnıda:


Wir lernen die deutsche Sprache hier.

Cümlənin sonunda:


Wir lernen hier die deutsche Sprache.

Alman dilində azərbaycan dilindən fərqli olaraq isimlərin


1. cins kateqoriyası , yəni kişi, qadın və orta cinsi olur.

Eyni zamanda azərbaycan dilində olduğu kimi isimlər 


2. ümumi və xüsusi olmaqla bərabər onların da 
3. hal kateqoriyası , yəni halları və 
4. kəmiyət kateqoriyası , yəni tək və cəmi olur.










































 













Yüklə 137,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin