Alman dili işarə əvəzliklərinin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi qaydası müəyyən artikllərin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi ilə tam eyniyyət təşkil edir. Yəni
der = dieser/jener,
die = diese/jene,
das = dieses/jenes,
və cəmdə
die = diese/jene
Bir neçə misallar göstərək:
der junge Mann və ya dieser junge Mann və ya jener junge Mann
die schöne Frau və ya diese schöne Frau və ya jene schöne Frau
das kleine Kind və ya dieses kleine Kind və ya jenes kleine Kind
cəmdə isə
die jungen Männer və ya diese jungen Männer və ya jene jungen Männer
İşarə əvəzlikləri də eyni ilə təkdə və cəmdə müəyyən artikllər kimi hallanır. Yəni işarə əvəzliklərinin hallanması haqqında məlumat almaq üçün müəyyən artikllərin hallanmasını təkrar etmək yetərlidir. Sadəcə müvafiq müəyyən artikllərin yerinə işarə əvəzliklərini qoyun.
DƏRS 2.3
ALMAN DİLİNDƏ YİYƏLİK ƏVƏZLİKLƏRİ
die Possessivpronomen
Bu dərsimizdə alman dili yiyəlik əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili yiyəlik əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili yiyəlik əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.
təkdə
mənim
mein
|
təkdə
sənin
dein
|
təkdə
onun
kişi
sein
|
təkdə
onun
qadın
ihr
|
təkdə
onun
orta
sein
|
cəmdə
bizim
unser
|
cəmdə
sizin
euer
|
cəmdə
onların
ihr
|
hörmət mənasında
Sizin
İhr
|
Alman dili yiyəlik əvəzliklərinin başa düşülməsində azərbaycanlılar üçün ən çətin məqam odur ki, azərbaycan dilində cins kateqoriyası yoxdur. "Mənim", və ya "sənin", deyərkən uyğun olaraq birinci və ya ikinci şəxsin təkinə, yəni mənə və ya sənə aid olan canlı və cansızlar başa düşülür. Alman dilində isə cins kateqoriyası vardır və bu kateqoriya həm canlılara, həm də cansızlara aiddir. Ona görə də yiyəlik əvəzliklərinin sonlugları da təkdə təxminən qeyri müəyyən artikllərdə olduğu kimi cinslərdən asılı olaraq müxtəlif olur.
Bizim yuxarıdakı cədvəldə gördüyümüz yiyəlik əvəzlikləri bizə məxsus olan şeylərin təkdə kişi və ya orta cinsə aid olduğu hallar üçün doğrudur. Amma bizə məxsus olan şeylər təkdə qadın cinsinə aid olduqda və ya cəmdə olduqda yiyəlik əvəzliklərinin sonuna əlavə olaraq "-e", sonluğu artırılır. Yəni yiyəlik əvəzlikləri belə olur:
təkdə
mənim
meine
|
təkdə
sənin
deine
|
təkdə
onun
kişi
seine
|
təkdə
onun
qadın
ihre
|
təkdə
onun
orta
seine
|
cəmdə
bizim
unsere
|
cəmdə
sizin
eu(e)re
|
cəmdə
onların
ihre
|
hörmət mənasında
Sizin
İhre
|
Onu da bilməliyik ki, yiyəlik əvəzlikləri azərbaycan dilində olduğu kimi alman dilində də şəxs əvəzliklərinin yiyəlik halı kimi, yəni Genitiv halı kimi qəbul edilir. Bu isə o deməkdir ki, yiyəlik əvəzliyinin başlanğıcı şəxs əvəzliyidir.
Yiyəlik əvəzlikləri əsasən ismlərlə birlikdə və onların əvvəlində gəlir. Təkdə qeyri müəyyən artikl, cəmdə isə müəyyən artikl kimi hallana bilir, yəni hallar üzrə dəyişir. Gəlin yiyəlik əvəzliyinin hallanmasına da cədvəl şəklində müraciət edək.
Əgər məxsus olan şey təkdə kişi cinsli olarsa, o zaman:
Nom.
Gen.
Dat.
Akk.
|
mein
meines
meinem
meinen
|
dein
deines
deinem
deinen
|
sein
seines
seinem
seinen
|
ihr
ihres
ihrem
ihren
|
sein
seines
seinem
seinen
|
unser
unseres
unserem
unseren
|
ihr
ihres
ihrem
ihren
|
euer
eures
eurem
euren
|
İhr
İhres
İhrem
İhren
|
Əgər məxsus olan şey təkdə orta cinsli olarsa, o zaman:
Nom.
Gen.
Dat.
Akk.
|
mein
meines
meinem
mein
|
dein
deines
deinem
dein
|
sein
seines
seinem
sein
|
ihr
ihres
ihrem
ihr
|
sein
seines
seinem
sein
|
unser
unseres
unserem
unser
|
ihr
ihres
ihrem
ihr
|
euer
eures
eurem
euer
|
İhr
İhres
İhrem
İhr
|
Əgər məxsus olan şey təkdə qadın cinsli olarsa, o zaman:
Nom.
Gen.
Dat.
Akk.
|
meine
meiner
meiner
meine
|
deine
deiner
deiner
deine
|
seine
seiner
seiner
seine
|
ihre
ihrer
ihrer
ihre
|
seie
seiner
seiner
seine
|
unsere
unserer
unserer
unsere
|
ihre
ihrer
ihrer
ihre
|
eure
eurer
eurer
eure
|
İhre
İhrer
İhrer
İhre
|
Əgər məxsus olan şey cəmdə olarsa, o zaman:
Nom.
Gen.
Dat.
Akk.
|
meine
meiner
meinen
meine
|
deine
deiner
deinen
deine
|
seine
seiner
seinen
seine
|
ihre
ihrer
ihren
ihre
|
seie
seiner
seinen
seine
|
unsere
unserer
unseren
unsere
|
eure
eurer
euren
eure
|
ihre
ihrer
ihren
ihre
|
İhre
İhrer
İhren
İhre
|
DƏRS 2.4
ALMAN DİLİNDƏ SUAL ƏVƏZLİKLƏRİ
Bu dərsimizdə alman dili sual əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili sual əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili sual əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.
kim
canlılar üçün
wer
|
nə
cansızlar üçün
was
|
Digər əvəzliklər kimi sual əvəzliklər də bütün hallar üzrə hallanır. Gəlin bu əvəzliklərin hallanması ilə tanış olaq.
Nominativ: wer was
Genitiv: wessen wessen
Dativ: wem wem
Akkusativ: wen was
|
|
|
|
DƏRS 2.5
ALMAN DİLİNDƏ NISBI ƏVƏZLİKLƏRİ
RELATIVPRONOMEN
Nisbi əvəzlik anlayışı azərbaycan dilinə aid olan əlamət deyil. Rus dilində və bəzi digər dillərdə buna daha çox rast gəlinir. Nisbi əvəzliyin nə olduğunu başa düşmək üşün azərbaycan dilində kobud da səslənsə, bir cümləyə müracitə edək.
Kişi, hansı ki oturur, bizim firmada işləyir.
Bu cümlədə hansı ki oturur hissəsində hansı ki nisbi əvəzlikdir. Azərbaycan dilində isə bu cümlənin düzgün forması belə olardı:
Oturan kişi bizim firmada işləyir.
Gördüyünü kimi azərbaycan dilində bu fikir feli sifətlə- oturan sözü ilə ifadə edilir. Bəs nisbi əvəzliklər alman dilində nə ilə ifadə edilir?
Alman dili nisbi əvəzliklər cinslərə uyğun olaraq təkdə və həm də cəmdə möcud olmaqla 2 vasitə ilə ifadə edilə bilir:
1. müəyyən artikillərlə
der (kişi cinsi)
das (orta cins)
die (qadın cinsi)
die (cəmdə)
və
2. sual sözü olan
welcher (kişi cinsi)
welches (orta cins)
welche (qadın cinsi)
welche (cəmdə) ilə.
İndi isə hər iki vasitədən istifadə edərək yuxarıda verilən nümunə cümləni alman dilinə tərcümə edək:
Azərbaycan dilində:
Kişi, hansı ki oturur, bizim firmada işləyir.
Oturan kişi bizim firmada işləyir.
Alman dilində:
Der Mann, der sitzt, arbeitet bei unserer Firma.
Der Mann, welcher sitzt, arbeitet bei unserer Firma.
Alman dilində nisbi əvəzliyin hər iki vasitəsi mümkün olsa da daha çox artikl formasından istifadə edilir.
der (kişi cinsi)
das (orta cins)
die (qadın cinsi)
die (cəmdə)
İndi isə aşağıdakı cədvəldə TƏKDƏ müəyyən artikllərlə nisbi əvəzliklərin artikl vasitəsi ilə ifadə edilən formalarının hallanması qaydasına baxaq. Bu zaman GENİTİV halda artikllərlə nisbi əvəzliklərin fərqinə xüsusi fikir verin. Digər hallarda heç bir fərq yoxdur.
təkdə müəyyən artikl
Nominativ der das die
Genitiv des des der
Dativ dem dem der
Akkusativ den das die
|
təkdə nisbi əvəzlik
Nominativ der das die
Genitiv dessen dessen deren
Dativ dem dem der
Akkusativ den das die
|
Cəmdə isə bu fərq GENİTİV və DATİV hallarındadır.
cəmdə müəyyən artikl
Nominativ die
Genitiv der
Dativ den
Akkusativ die
|
cəmdə nisbi əvəzlik
Nominativ die
Genitiv deren
Dativ denen
Akkusativ die
|
Dostları ilə paylaş: |