DƏrs 1 alman diLİNİN ƏLİfba sistemi



Yüklə 137,94 Kb.
səhifə3/5
tarix18.05.2020
ölçüsü137,94 Kb.
#31236
növüDərs
1   2   3   4   5
ALMAN DILI QRAMATIKASI

İndi isə nisbi əvəzliklərin müxtəlif hallarına uyğun olan nümunələrə baxaq:



TƏKDƏ \\ SINGULAR

Nominativ     Mənimlə danışan qadın onun anasıdır.


Nominativ    Die Frau, die mit der Lehrer spricht, ist ihre Mutter. 

Genitiv          Oğlu bizimlə işləyən kişi onun dostumdur. 


Genitiv          Der Mann, dessen Sohn mit uns arbeitet, ist sein Freund. 

Dativ             Mənim danışdığım müəllim bizim universitetdə işləyir. 


Dativ             Der Lehrer, mit dem ich spreche, arbeitet in der Universität. 

Akkusativ     Sənin gördüyün adam bu şəhərdə yaşayhır.


Akkusativ    Der Mensch, den du siehst, lebt in dieser Stadt. 

CƏMDƏ- PLURAL

Nominativ     Mənimlə danışan qadınlar onun xalalarıdır.


Nominativ    Die Frauen, die mit der Lehrer sprechen, sind ihre Tanten. 

Genitiv          Oğulları bizimlə işləyən kişilər onun dostlarıdır. 


Genitiv          Die Männer, deren Söhne mit uns arbeiten, sind seine Freunde. 

Dativ             Mənim danışdığım müəllimlər bizim universitetdə işləyirlər. 


Dativ             Die Lehrer, mit denen ich spreche, arbeiten in unserer Universität. 

Akkusativ     Sənin gördüyün adamlar bu şəhərdə yaşayhırlar.


Akkusativ    Die Menschen, die du siehst, leben in dieser Stadt. 

İndi siz özünüz də verilmiş nümunələrə müvafiq cümlələr qurmağa cəhd edin. 


DƏRS 2.6

ALMAN DİLİNDƏ QAYİDİŞ ƏVƏZLİYİ

 

das Reflexivpronomen

 

SİCH

Bu dərsimizdə alman dili qayıdış əvəzliklərinin öyrənilməsinə başlayırıq. Alman dili qayıdış əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan dilində bunun nə olduğunu yadımıza salaq.


Daha əyani olmaq üçün bir felə müraciət edək. Məsələn yumaq felinə. Biz yumaq felini deyərkən nəyisə yumağı başa düşürük. İndi isə bu feli bir qədər başqa cür işlədək, yəniyumaq formasında deyil, yuyunmaq kimi işlədək. Bu zaman məhz hərəkəti edən şəxs hərəkəti öz üzərində edir. Yəni nəyisə yumağı deyil, məhz özünü yumaq kimi başa düşülür. Bu isə odeməkdir ki, hərəkət icraçının üz üzərinə "qayıdır" və "qayıdış fel" sözü də elə buradan yaranır.

"Qayıdış fel"in düzəlməsi ilə əlaqədar biz burada fonetik olaraq nələrin baş verdiyini görürük, yəni "qayıdış fel" necə düzəlir? Bu sualın cavabını birinci şəxsin təki, yəni "mən" üçün indiki zamanda izah etməyə çalışaq:

1. adi yumaq felinin kökünə yun əlavə edilir (təxminən əmr forması düzəlir), /yuyun/


2. bunun üzərinə indiki zaman şəkilçisi ur əlavə edilir,                                   /yuyunur/
3. daha sonra isə şəxs şəkilçisi am artırılır,                                                   /yuyunuram/.

Beləliklə "qayıdış fel" hazır oldu.



İndi isə

alman dilinin qayıdış əvəzliyi ilə tanış olaq. Alman dilində qayıdış əvəzliyi      sich     olaraq qəbul edilmişdir və alman dilində   "das Reflexivpronomen"   kimi anlaşılır.


Alman dilində "qayıdış fellər"    sich   qayıdış əvəzliyinin felin əvvəlinə ayrıca olaraq artırılması ilə düzəlir. Yəni, azərbaycan dilıinin 
yumaq feli alman dilinə
waschen 
kimi tərcümə edildiyini nəzərə alaraq onun "qayıdış formasını", yəni yuyunmaq formasını düzəltmək üçün waschen felinin əvvəlinə ayrıca yazılmaqla sich qayıdış əvəzliyini artırmaq kifayətdir. Beləliklə,

sich     +     waschen     =     sich waschen

Biz alman dilində "qayıdış felin" düzəldilməsi ilə tanış olduq. Bu isə o deməkdir ki, harada qarşısında sich olan fel görsək, biləcəyik ki, bu qayıdış feldir. Amma sich qayıdış əvəzliyi şəxslərə görə dəyişilə bilir, yəni təsrif edilir. Deməli, biz onu həmişə sich kimi deyil, başqa formada da görə bilərik. Onun başqa formalarını da tanıya bilmək və ya sich qayıdış əvəzlikli felləri özümüzün də şəxsə görə dəyişə bilməyimiz üçün mütləq sich qayıdış əvəzliyinin təsrifini nəzərdən keçirmək lazımdır.



ich
du
er
sie
es
wir
ihr
sie
Sie

wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen

mich
dich
sich
sich
sich
uns
euch
sich
sich

 

 

 

 

ich
du
er
sie
es
wir
ihr
sie
Sie

wasche
wäschst
wäscht
wäscht
wäscht
waschen
wascht
waschen
waschen

mir
dir
sich
sich
sich
uns
euch
sich
sich

Fikir verirsinizsə sanki mən iki cədvəl vermişəm, yəni sich qayıdış əvəzliyi iki dəfə təsrif edilmişdir. Birinci təsrif formasında 


1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə eynidir.
İkinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərininDativ halı ilə eynidir.
Galan bütün şəxslər üçün hər iki təsrif formasında sich qayıdış əvəzliyi müvafiq şəxslər üzrə eynidir.
O da maraqklı haldır ki, 3-cü şəxsin təkində, cəmində və hörmət mənasında sich qayıdış əvəzliyi ümumiyyətlə dəyişilmir.

Buradan bir sual yaranır ki,
nə üçün birinci təsrif formasında 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Akkusativ halı ilə,
amma ikinci təsrif formasında isə 1-ci və 2-ci şəxsin təkində sich qayıdış əvəzliyi şəxs əvəzliklərinin Dativ halı ilə eynidir.
Yəni nə zaman Akkusativ və nə zaman Dativ halla eyni olmalıdır. Gəlin fikrimizi bir qədər də anlaşıqlı edək və sualı təxminən belə qoyaq:

"Sich" qayıdış əvəzliyi nə vaxt Akkusativdə və nə vaxt Dativdə təsrif edilir?

Bu sualın cavabını isə mən Sizə nümunələrlə bacardığım qədər anlaşıqlı izah etməyə çalışacağam.


Baxın əvəlcə mən Sizə azərbaycan dilində nümunə verirəm, yəni belə bir çox sadə cümlə:

1. Mən yuyunuram.


Alman dilində qarışılığı:
1.Ich wasche mich.

Indi isə ikinci nümunə:

2. Mən əllərimi yuyuram.
Alman dilində qarışılığı:
2.Ich wasche mir meine Hände.

Verilmiş iki nümunə cümlədən yəqin ki, Siz özünüz artıq nə isə başa düşdünüz. Birinci cümlədə


1.Ich wasche mich.
ümumiyyətlə yuyunmaqdan danışılır. Yəni konkret olaraq bədənin hansı hissəsinin yuyulması bəlli deyil. İndi isə mən daha anlaşıqlı olsun deyə belə deyirəm:
Bu cümlədə Akkusativ halda olan Objekt yoxdur, yəni Akkusativ Objekt yoxdur.
QAYDA: Cümlədə Akkusativ Obyekt yoxdursa, bu zaman sich qayıdış əvəzliyiAkkusativdə təsrif edilir.

İndi isə ikinci nümunə cümləyə fikir verin.


2.Ich wasche mir meine Hände.
Burada konkret olaraq bədənin nahsı hissəsinin yuyulması bəllidir. Yəni, cümlədə Akkusativ Obyekt var.
QAYDA: Cümlədə Akkusativ Obyekt varsa, bu zaman sich qayıdış əvəzliyi Dativdə təsrif edilir.

Alman dilində də azərbaycan dilində olduğu kimi kifayət qədər qayıdış fellər vardır. Mən Sizə daha tez-tez rast gəlinən qayıdış fellərin siyahısını verirəm. Amma unutmayın ki, bunlardan başqa da bir çox qayıdış fellər vardır:

Liste häufiger Reflexivverben

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.

sich anhören
sich ansehen
sich ärgern
sich beeilen
sich benehmen
sich das Bein brechen
sich entscheiden
sich entschuldigen
sich erholen
sich erinnern
sich erkälten
sich fragen
sich freuen
sich (krank/wohl) fühlen
sich gewöhnen
sich hinlegen
sich interessieren
sich kaufen
sich konzentrieren
sich leisten
sich treffen
sich überlegen
sich unterhalten
sich verlieben
sich verstehen
sich vorbereiten
sich vorstellen
sich waschen
sich wundern
sich wünschen

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28.
29.
30.

qulaq asmaq / dinləmək
baxmaq (filmə)
acıqlanmaq
tələsmək
özünü aparmaq
ayağını sındırmaq
qərara gəlmək
üzr istəmək
istirahət etmək
xatırlamaq
izah etmək
özündən soruşmaq
sevinmək
özünü (xəstə/gümrah) hiss etmək
vərdiş etmək
uzanmaq (dincəlmək)
maraqlanmaq
almaq
diqqətini cəmləmək
özünə rəva görmək
qarşılaşmaq
götür-qoy etmək
söhbət etmək
vurulmaq
başa düşülmək
hazırlaşmaq
özünü təqdim etmək / təsəvvür etmək
yuyunmaq
təəccüblənmək
arzulamaq

Çox ümid edirəm ki, mən Sizə sich qayıdış əvəzliyi və onun təsrifi ilə əlaqədar nələrisə başa sala bildim.




DƏRS 3

FELLƏR

 

die Verben


Fel bölməsi alman dilində də ən geniş bölmələrdəndir. Alman dilində də cümlənin əsas komponenti feldir. Fel haqqında bütün qarmmatik qaydaları, yəni felin paradiqmalarını bilən hər bir kəs alman cümlələrini asanlıqla qura bilər. Bəs fel haqında biz nələri bilməliyik?

1. fellərin təsrifi
2. fellərin idarəsi (hal tələb etməsi)
3. fellərin 3 əsas forması: (1.Präsens 2.Präteritum / Imperfekt 3.Partizip II)
4. zəif fellər
5. qüvvətli fellər
6. qaydalı fellər
7. qaydasız fellər
8. əmr forması
9. zaman formaları
10.qayıdış fellər 
11.daimi önlüklü fellər və s.

Fellərə aid olan bütün bu qrammatik özünəməxsusluqları / paradiqmaları biz Sizinlə birlikdə növbəti dərslərimizdə mündərəcata müvafiq formada öyrənəcəyik.















DƏRS 3.1

KÖMƏKÇİ FELLƏR

 

die Hilfsverben

 

haben, sein və werden

Alman dilində köməkçi fellər deyərkən əsasən haben, sein və werden fellərindən danışılır. Əlavə olaraq tun köməkçi feli də vardır amma bu fel machen - etməkfelinin sinonimi kimi daha çox əsas fel kimi işlənir.



haben və sein 
fellərinin təsrifi:

ich   habe
du    hast
er    hat
sie   hat
es    hat
wir   haben
ihr   habt
sie   haben
Sie  haben

haben felinin təsrifi zamanı fikir verin ki, 2-ci və 3-cü şəxsin təkində felin kökündə olan b hərfi düşür. Qalan şəxslər üçün isə ümumi qayda, yəni felin kökü + şəxs şəkilçisi qaydasına riayyət olunur. Bu qaydanı daha yaxşı başa düşə bilmək üçün 3-cü dərsə, şəxs sonluqlarıdərsinə bir də müraciət edə bilərsiniz.



ich   bin
du    bist
er    ist
sie   ist
es    ist
wir   sind
ihr   sind
sie   sind 
Sie    sind

sein felinin təsrifində isə təəssüf ki, fellərin təsrifi qaydasına (felin kökü + şəxs şəkilçisi) əməl edilmir. Bu felin təsrifini sadəcə əzbərləmək və yadda saxlamaq lazımdır.



 

haben felinin tərcümə imkanları:

1-ci mənası

1.malik olmaq


Bu mənadan azərbaycan dilində nə yazılı, nə də şifahi formada istifadə edilmir. Yəni azərbaycanlı demir ki,
Mən bir avtomobilə malikəm.
Azərbaycanlı deyir ki,
Mənim bir avtomobim var.
Buna görə də haben feli əsasən 2-ci və 3-cü mənada, yəni:

2-ci mənası

2. VAR


mənasında daha çox istifadə edir. Məsələn:

Mənim bir avtomobilim var.
Sənin bir avtomobilin var.
Onun (kişinin) bir avtomobili var.
Onun (qadının) bir avtomobili var.
Bizim bir avtomobilimiz var.
Sizin bir avtomobiliniz var.
Onların bir avtomobili var.
Sizin bir avtomobiliniz var.

Sıralanmada axırıncı Sizin bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.



Ich habe ein Auto.
Du hast ein Auto.
Er hat ein Auto.
Sie hat ein Auto.
Wir haben ein Auto.
Ihr habt ein Auto.
Sie habe ein Auto.
Sie habe ein Auto.

Sıralanmada axırıncı Sie bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.



 

3-cü mənası

3. yoxdur


mənası məhz bu felin 3-cü mənasıdır. Bu məna alman dilində inkar hissəciyi kimi tanınan kein sözünün qeyri müəyyən artikli əvəz etməsi ilə düzəlir. Alman dilində buna inkar artikli də deyirlər. Gəlin fikrimizi haben felinin var mənası üçün quduğumuz cədvəllə əsaslandıraq:

Mənim bir avtomobilim yoxdur.
Sənin bir avtomobilin yoxdur.
Onun (kişinin) bir avtomobili yoxdur.
Onun (qadının) bir avtomobili yoxdur.
Bizim bir avtomobilimiz yoxdur.
Sizin bir avtomobiliniz yoxdur.
Onların bir avtomobili yoxdur.
Sizin bir avtomobiliniz yoxdur.

Sıralanmada axırıncı Sizin bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.



Ich habe kein Auto.
Du hast kein Auto.
Er hat kein Auto.
Sie hat kein Auto.
Wir haben kein Auto.
Ihr habt kein Auto.
Sie habe kein Auto.
Sie habe kein Auto.

Sıralanmada axırıncı Sie bir şəxsə hörmət mənasında müraciət kimi başa düşülür.




DİQQƏT! UNUTMAYIN! haben feli əsasən bütün isimlərin
1. qeyri müəyyən artikllə
2. Akkusativ / Təsirlik    halda işlənilməsini tələb edir.                                                                  (kişi cins:einen X,  qadın cins:eine X,  orta cins:ein X)
                                (kişi cins:keinen X,  qadın cins:keine X,  orta cins:kein X)

Bu nümunədə biz şərti olaraq avtomobil sözünü götürdük. Amma bu sözü istənilən konkret və ya mücərrəd bir isimlə də əvəz edə bilərik.




Sein felinin tərcümə imkanları:

Gəlin bu felin bizə məlum olan mənalarına fikir verək:



1-ci mənası

1.-am, -əm


2.-san, -sən
3.-dır, -dir, -dur, -dür
4.-ıq, -ik, -uq, -ük
5.-sınız, - siniz, sunuz, sünüz
6.-dırlar, -dirlər, -durlar, -dürlər
müvafiq şəxslərə uyğun şəkilçilər kimi işlənərək canlı və cansız, konkret və abstrakt olan hər bir şeyin: insanın, heyvanın, canlının və cansızın, keyfiyyətin və s. məhz həmin şey, məhz həmin cür olduğunu, məhz belə olduğunu, kiminsə razılığını və s. təsdiq edir.
Məsələn:

Bu insandır.
Sən yaşlısan.
Otaq böyükdür.
Biz tələbəyik.
Bu alman dilidir və s.

Das ist ein Mensch.
Du bist alt.
Das Zimmerist groß.
Wir sind Studenten.
Das ist die deutsche Sprache und so weiter.

Biz bu nümunələrin sayını sonsuzluğa qədər də artıra bilərik.



2-ci mənası

2.deyil



Sein felinin 2-ci mənası sadəcə 1-ci mənanın inkarı kimi qəbul edilmədir və bunicht və kein inkar hissəcikləri vasitəsi ilə düzəlir.
Fikrimizi yuxarıda sein felinin 1-ci mənası üçün qurduğumuz cədvəllə əsaslandıraq:

Bu insan deyil.
Sən yaşlı deyilsən.
Otaq böyük deyil.
Biz tələbə deyilik.
Bu alman dili deyil. və s.

Das ist kein Mensch.
Du bist nicht alt.
Das Zimmer ist nicht groß.
Wir sind keine Studenten.
Das ist nicht die deutsche Sprache und so weiter.

3-cü mənası

3. var 


Fikir verirsinizsə bu məna haben felinin 2-ci mənasına uyğun gəlir. Amma Bu mənaların yalnız səslənməsi və yazılışı eynidir, daşıdıqları anlam isə başqadır. Əgərhaben felinin var mənasına baxsaq, bu məna mənsubluq, yiyəlik, sahiblik, yəni kiminsə nəyəsə və ya nəyinsə nəyəsə malik olduğunu bildirir.Yuxarıda verilmişhaben felinin 2-ci mənasına aid nümunələr fikrimizi təsdiq edir.

sein felinin var mənası sadəcə əşyanın, varlığın, məvhumun haradasa olduğunu- haradasa var olduğunu bildirməklə alman dilində mövcud olan es gibt, yəni varifadəsinin danışıqda sinonimi kimi çıxış edir. Sein felinin var mənasında işlədildiyi istənilən bir yerdə onu asanlıqla es gibt ifadəsi ilə əvəz etmək olar. Haben felinin 2-ci mənasından fərqli olaraq burada heç bir mənsubluqdan, sahiblikdən söhbət getmir. Gəlin nümunələrə baxaq:

Burada bir insan var.

Otaqda bir masa var.

Masanın üstündə bir kitab var.


Hier ist ein Mensch.
və ya
Hier gibt es einen Menschen.

İm Zimmer ist ein Tisch.


və ya
İm Zimmer gibt es einen Tisch.

Auf dem Tisch ist ein Buch.


və ya
Auf dem Tisch gibt es ein Buch.

4-cü mənası

4. yoxdur



Bu mənanı sein feli də eynən haben feli kimi kein inkar hissəciyi vasitəsi ilə əldə edir. Yuxarıdakı cədvəldən istifadə edərək fikrimizi təsdiq edək.

Burada bir insan yoxdur.

Otaqda bir masa yoxdur.

Masanın üstündə bir kitab yoxdur.


Hier ist kein Mensch.
və ya
Hier gibt es keinen Menschen.

İm Zimmer ist kein Tisch.


və ya
İm Zimmer gibt es keinen Tisch.

Auf dem Tisch ist kein Buch.


və ya
Auf dem Tisch gibt es kein Buch.

Gördüyümüz kimi bu məna da haben felinin 3-cü mənası kimi yazılır və səslənir. Amma artıq haben feli ilə sein felinin daşıdıqları anlam yükünün nə ilə fərqləndiyini biz bacardığımız qədər izah etdik. Ona görə də azərbaycan dilində bu mənaların eyni yazılışları və səslənmələri bizi çaşdırmalı deyil.




WERDEN
felinin təsrifi


Werden feli azərbaycan dilinə əsasən: 

1. "-acaq","-əcək", "-yacaq", "-yəcək" gələcək zman düzəldən şəkilçilər kimi


2. bəzən cümlədə müstəqil olaraq əsas fel kimi işlənilə də bilir.
3.Passivdə bütün zaman formalarının düzəldilməsində köməkçi fel kimi

Amma hər şeydən əvvəl gəlin bu felin təsrifi ilə, yəni şəxslər üzrə dəyişilməsi ilə tanış olaq:

ich   werde
du    wirst
er    wird
sie   wird
es    wird
wir   werden
ihr   werdet
sie   werden
Sie  werden

İndi isə gəlin bu felin yuxarıda verilmiş hər üç mənası üçün nümunələrlə tanış olaq:

1. "-acaq","-əcək", "-yacaq", "-yəcək" gələcək zman düzəldən şəkilçilər kimi

Wir werden gerne die deutsche Sprache lernen.
Biz həvəslə alman dilini öyrənəcəyik.

Ihr werdet mit dem Flugzeug fliegen.
Siz (cəmdə) təyyarə ilə uçacaqsınız.

Du wirst die Grammatik verstehen.
Sən qrammatikanı başa düşəcəksən.

2. bəzən cümlədə müstəqil olaraq əsas fel kimi işlənilə də bilir.



Ich werde Deutschlehrer.
Mən alman dili müəllimi olacağam.

Du wirst Ingebnieur.
Sən mühəndis olacaqsan.

Sie wird Ärztin.
O (qız) həkim olacaq.

3.Passivdə bütün zaman formalarının düzəldilməsində köməkçi fel kimi


Bu haqqda Passivin düzəldilməsinə baxın.
DƏRS 3.2

MODAL FELLƏR

Alman dilində cəmisi aşağıda verilən 6 modal fel mövcuddur:

        wollen- istəmək (planlaşdırmaq, etməyə hazır olmaq mənasında)
        mögen- xoşlamaq, sevmək, istəmək(münasibət bildirmək mənasında)

        müssen- malı, məli (öz istəyi ilə, öz planına uyğun)


        sollen- malı, məli (başqasının istəyi ilə, məcbüri və ya xahişə görə)

        können- bacarmaq (fiziki və zehni)


        dürfen- bacarmaq (icazəsi olmaq, etməyə ixtiyarı olmaq)

Amma mögen modal felindən əmələ gələn və "istərdim" kimi başa düşülən möchten feli də bu fellər sırasında işlənir və daha çox wollen felinin yerində işlənir, yəni onu əvəz etməklə daha çox etika, nəzakət və felin arzu formasını bildirir.


Fellərin şəxsə görə diyişilməsi zamanı möchten feli də modal fellərin şəxsə görə dəyişilməsi qaydasına tabe olur. Amma bu feli 7-ci modal fel kimi qəbul etmək lazım deyil. Biz gələcəkdə bu felin mögen felinin törəməsi olduğunu biləcəyik. 
İndi isə gəlin modal fellərin şəxslər üzrə dəyişilməsi ilə tanış olaq:

modal fellərin şəxsə görə dəyişməsi / təsrifi

Modal fellər şəxsə görə dəyişərkən "sollen" feli müstəsna olmaqla təkdə qalan diqər fellərin kökü dəyişir. Həm də ən çox ona diqqət yetirməliyik ki, 1-ci və 3-cü şəxsin təkində şəxs sonluğu qəbul edilmir, yəni 1-ci və 3-cü şəxsin təki eyni formada olur. Gəlin modal fellərin şəxslərə görə dəyişməsi cədvəlində fikrimizi daha da əyaniləşdirək.



ich

du

er

sie

es

wir

ihr

sie

Sie

will

willst


will

will


will

wollen


wollt

wollen


wollen

mag

magst


mag

mag


mag

mögen


mögt

mögen


mögen

muß

mußt


muß

muß


muß

müssen


müsst

müssen


müssen

soll

sollst


soll

soll


soll

sollen


sollt

sollen


sollen

kann

kannst


kann

kann


kann

können


könnt

können


können

darf

darfst


darf

darf


darf

dürfen


dürft

dürfen


dürfen

möchte

möchtest


möchte

möchte


möchte

möchten


möchtet

möchten


möchten

Modal fellərin əsas fellərdən fərqi odur ki, modal fellər hərəkət bildirmir, sadəcə hərəkətə münasibəti bildirir.


Nümunə: - Mən alman dilini öyrənirəm.
               - Ich lerne deutsche Sprache.
cümləsində «öyrənmək» (lernen) əsas feldir və hərəkət bildirir. Yəni nə etdiyimizi bildirir. İndi isə 2-ci nümunəyə baxaq:

Nümunə: - Mən alman dilini öyrənmək istəyirəm.


               - Ich will deutsche Sprache lernen.
cümləsindəki «istəmək» feli, yəni «wollen» feli hərəkəti deyil, hərəkətə münasibəti bildirir.

modal felli nəqli cümlələr

1. Tərkibində modal fel olan nəgli cümlədə əsasən cümlə üzvlərinin sıralanması aşağıda verildiyi kimi olur:



1-ci yerdə
mübtəda 

2-ci yerdə
modal fel

3-cü, 4-cü vəsair yerdə
qalan cümlə üzvləri

cümlənin sonunda
əsas felin məsdəri


Nümunə:

1-ci yerdə

İch

2-ci yerdə 

will

3-cü yerdə 

in Baku

4-cü yerdə 

Deutsch

cümlənin sonunda 

lernen?

Tərcüməsi: - Mən Bakıda alman dili öyrənmək istəyirəm.

modal felli sual cümlələr

Adi sual cümlələrində olduğu kimi tərkibində modal fel olan sual cümlələri də 2 yerə bölünür:

1. Sual sözsüz sual cümlələri
1. Sual sözlü sual cümlələri

modal felli sual sözsüz sual cümlələri

Tərkibində modal fel olan sual sözsuz sual cümlələrində:



1-ci yerdə
modal fel 

2-ci yerdə
əsasən mübtəda

3-cü, 4-cü vəsair yerdə
qalan cümlə üzvləri

cümlənin sonunda
əsas felin məsdəri

Fikrimizin təsdiqi üçün yuxarıda verilmiş tərkibində modal fel olan nəqli cümləyə müraciət edək.


Nəqli cümlə

1-ci yerdə 

İch

2-ci yerdə 

will

3-cü yerdə 

in Baku

4-cü yerdə 

Deutsch

cümlənin sonunda 

lernen.

İndi isə bu nəgli cümlədən sual sözsüz sual cümləsi düzəldək:



Sual cümləsi

1-ci yerdə 

Will

2-ci yerdə 

ich

3-cü yerdə 

in Baku

4-cü yerdə 

Deutsch

cümlənin sonunda 

lernen?

modal felli sual sözlü sual cümlələri

3. Tərkibində modal fel olan sual sözlü sual cümlələrində 1-ci yerdə sual sözü, 2-ci yerdə modal fel, sonra qalan cümlə üzvləri və nəhayət cümlənin sonunda əsas fel məsdər formasında yazılır. Fikrimizi daha da aydınlaşdırmaq üçün nümunə kimi qötürdüyümüz nəgli cümlədən indi isə sual sözlü sual cümləsi düzəldək: 



Nəqli cümlə

1-ci yerdə 

İch

2-ci yerdə 

will

3-cü yerdə 

in Baku

4-cü yerdə 

Deutsch

cümlənin sonunda 

lernen.


Sual cümləsi

1-ci yerdə 

Wer

2-ci yerdə 

will

3-cü yerdə 

in Baku

4-cü yerdə 

Deutsch

cümlənin sonunda 

lernen?

Tərkibində modal fel olan sual sözlü sual cümləsində cümlə üzvlərinin sıralanması aşağıdakı kimidir: 



1-ci yerdə
sual sözü 

2-ci yerdə
modal fel

3-cü, 4-cü və sair yerdə
qalan cümlə üzvləri

cümlənin sonunda
əsas felin məsdəri

Bu isə o deməkdir ki, bütün cümlə növlərində ancaq və ancaq modal felin yeri dəyişir, əsas fel isə həmişə məsdər formasında cümlənin sonunda yazılır. 




DƏRS 3.3

FELLƏRİN İDARƏSİ

 

die Rektion der Verben


Fellərin idarəsi deyərkən fellərin hal tələb etməsi başa düşülür. Bu isə o deməkdir ki, feldən sonra gələn isimlər (əsasən Objektlər) hər hansı bir halda olmalıdırlar.



Nominativ hal tələb edən fellər:
Bu fellər elə fellərdir ki, onlardan yalnız
a) canlılar üçün kim?/wer?
b) cansızlar üçün nə?/was?
suallarını vermək olur. Məsələn:

Das ist mein Freund.
Bu mənim dostumdur (kim?).

Hier arbeitet deine Lehrerin.
Burada sənin müəllimən (kim?) işləyir.

İm Zimmer steht ein Bücherregal.
Otaqda bir kitab dolabı (nə?) durur. və s.


Genitiv hal tələb edən fellər:
Alman dilində heç bir fel bu halı tələb etmir.


Dativ hal tələb edən fellər:
Bu fellər elə fellərdir ki, onlardan yalnız
a) canlılar üçün kimə?/wem?
b) cansızlar üçün nəyə?/wem?
suallarını vermək olur. Məsələn:

Du gibst den Kuli deinem kleinen Bruder.
Sən qələmi kiçik qardaşına (kimə?) verirsən.

İch helfe dir.
Mən sənə (kimə?) kömək edirəm. və s.


Akkusativ hal tələb edən fellər:
Bu fellər elə fellərdir ki, onlardan yalnız
a) canlılar üçün kimi?/wen?
b) cansızlar üçün nəyi?/was?
suallarını vermək olur. Məsələn:

Der lehrer ruft den Studenten.
Müəllim tələbəni (kimi?) çağırır.

İch liebe meine Muttersprache.
Mən ana dilimi (nəyi?) sevirəm. və s.

Əgər biz fellərin idarəsini, yəni hal tələb etməsini düzgün bilməsək təbii ki, feldən sonra gələn isimləri lazım olan düzgün halda yaza bilməyəcəyik. Bu qaydaya düzgün riayyər etmək üçün mütləq isimlərin hası cinsə aid olduğunu biz əvvəlcədən bilməliyik. Ona görə də istədiyiniz və ya rast gələn alman isimlərini mütləq onların cinsi ilə bir yerdə öyrənib yadda saxlamağa çalışın.







DAIMI ÖNLÜKLÜ FELLƏR

 

die Verben mit festen Präpositionen


Daiumi önlüklü fellər deyərkən elə fellər başa düşülür ki, onların özlərinin xüsusi önlükləri vardır və bu fellər həmişə məhz öz önlükləri ilə birlikdə işlənilir. Hər bir önlük isə müəyyən bi hal tələb edir. Deməli, biz daiumi önlüklü felləri əzbərləyib yadda saxlamalıyıq. Mən Sizə daha çox rast gəlinən daimi önlüklərin siyahısını və onlara aid kifayət qədər nümunələr verəcəyəm. Siz isə həmin siyahıdan Sizə lazım olan önlüklü felləri tədriclə əzbərləməyə çalışmalısınız. Biz alman dilini öyrənmək istəyiriksə bu da dil üçün ən vacib olan komponentlərdəndir. Bilirəm ki, azərbaycan dilində önlük olmadığı üçün belə felləri yadda saxlamaq qismən çətindir. Amma başqa yolumuz da yoxdur. Beləliklə, daimi önlüklü fellərin siyahısı: 



1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.

15.
16.

17.

18.
19.


20.
21.

22.
23.


24.
25.
26.
27.
28.
29.
30.
31.
32.

33.
34.



abhängen
es hängt ab
achten 
anfangen
ankommen 
anpassen sich
antworten 
jdn. ärgern
ärgern sich
aufhören
aufpassen 
aufregen sich
ausgeben
bedanken sich

beginnen 


befreien

beklagen sich

bemühen sich


berichten
beschäftigen sich
beschweren sich

bestehen
beteiligen sich


bewerben sich
beziehen sich
bitten 
denken
disskutieren
einladen
entscheiden sich
entschließen sich
entschuldigen sich

erfahren
erholen sich



von
von
auf
mit
auf
an
auf
mit
über
mit
auf
über
für
bei
für
mit
von
aus
bei
über
um
über
mit
bei
über
aus
an
um
auf
um
an
über
zu
für
zu
bei
für
von
von

Dat.
Dat.
Akk.
Dat.
Akk.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Dat.
Dat.
Akk.
Akk.
Akk.
Dat.
Dat.
Akk.
Dat.
Dat.
Akk.
Akk.
Akk.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Akk.
Dat.
Dat.

asılı olmaq
bu ondan asılıdır
diqqət vermək
başlamaq
irəli gəlmək / asılı olmaq
vərdiş etmək /uyğunlaşmaq
cavab vermək
hirslənmək (nəyəsə)
acıglanmaq /hirslənmək
dayanmaq / kəsilmək
baxmaq / göz yetirmək
əsəbiləçmək
xərcləmək / sərf etmək
təşəkkür etmək

başlamaq
qurtulmaq / xilas olmaq

şikayətlənmək / şikayət etmək

əldə etmək / nail olmaq


məlumat vermək
məşğul olmaq
şikayətlənmək /şikayət etmək/gileylənmək 

ibarət olmaq


iştirak etmək
ərizə vermək
aid olmaq
soruşmaq
fikirləşmək
müzakirə etmək
dəvət etmək
qərara gəlmək
qərar gəlmək
üzr istəmək

bilmək
istirahət etmək



1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13.
14.

15.
16.

17.

18.
19.


20.
21.

22.
23.


24.
25.
26.
27.
28.
29.
30.
31.
32.

33.
34.






35.
36.
37.
38.
39.
40.

41.
42.

43.
44.
45.
46.
47.

48.
49.


50.
51.
52.
53.
54.
55.
56.
57.
58.
59.
60.
61.
62.
63.
64.
65.
66.
67.
68.
69.
70.
71.

eintreten
erinnern sich
erkennen
erkundigen sich
erschrecken
erzählen

fragen 
freuen sich

fürchten sich
garantieren
gehen (es geht)
gehören
geraten 

gewöhnen sich


grenzen
glauben
gratulieren
halten 
es handelt sich
handeln
helfen
herrschen
hindern
hoffen
hören
informieren sich
interessieren sich
interessiert sein
irren sich
klagen
kämpfen
kommen
es kommt an
konzentrieren sich
kümmern sich
lachen
leiden

in
an


an
nach
über
über
von
nach
auf
über
von
für
um
zu
in
unter
an
an
an
zu
für
um
von
bei
über
an
auf
von
über
für
an
in
über
für
zu
auf
auf
um
über
an
unter

Akk.
Akk.


Dat.
Dat.
Akk.
Akk.
Dat.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Akk.
Akk.
Akk.
Akk.
Dat.
Akk.
Akk.
Dat.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Akk.
Dat.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Akk.
Akk.
Akk.
Dat.
Dat.

daxil olmaq
xatırlamaq
tanımaq
məlumat almaq
dəhşətə gəlmək / qorxmaq
danışmaq / nağillamaq / söyləmək

soruşmaq
şad olmaq

qorxmaq /ehtiyat etmək
zəmanət vermək
söhbət gedir /danışılır (nəyinsə haqqında)
aid olmaq / məxsus olmaq
düşmək (hala, vəziyyətə)

öyrəşmək
həmsərhədd olmaq


inanmaq
təbrik etmək
hesab etmək
söhbət gedir /danışılır (nəyinsə haqqında)
danışmaq / hərəkət etmək
kömək etmək
hökm sürmək / bir dili yaxşı bilmək
mane olmaq
güman etmək
eşitmək
məlumatlanmaq
maraqlanmaq
maraqlı olmaq
səhv salmaq
şikayətlənmək
mübarizə etmək (aparmaq)
çatmaq
iş bundadır ki
diqqəti cəmləşmək 
qayğısına qalmaq
gülmək
əziyyət çəkmək

35.
36.
37.
38.
39.
40.

41.
42.

43.
44.
45.
46.
47.

48.
49.


50.
51.
52.
53.
54.
55.
56.
57.
58.
59.
60.
61.
62.
63.
64.
65.
66.
67.
68.
69.
70.
71.




72.
73.
74.
75.

76.
77.


78.
79.

80.
81.

82.

83.
84.


85.

86.
87.


88.
89.
90.
91.

92.
93.

94.

95.
96.


97.
98.
99.
100.

jdm. liegt
nachdenken
protestieren
rächen sich

raten jdm.


retten
rechnen
reden

riechen
sagen



schicken

schimpfen


schmecken
schreiben

jdm. schützen sich


sehnen sich
sehen
sorgen
sorgen sich
sprechen

stauen
sterben



streiten

stören
tauschen


träumen
teinehmen
telefonieren
treffen sich

an
über
gegen
an
für
zu
vor
mit
über
von
nach
über
zu
an
zu
über
nach
an
an
über
vor
nach
von
für
um
mit
über
über
an
für
mit
für
um
bei
gegen
von
an
mit
mit

Dat.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Dat.
Akk.
Dat.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Dat.
Dat.

asılı olmaq
fikirləşmək
etiraz etmək
qisas almaq

məsləhət görmək


xilas etmək / qurtarmaq
hesablamaq / nəzərdə tutmaq
danışmaq (nə haqqdasa)
danışmaq (nədənsə)
iy vermək
demək (haqqında)
demək (fikir söyləmək)
göndərmək / yollamaq (ünvana)
göndərmək / yollamaq (kiməsə)
söymək
dadı olmaq
yazmaq (kiməsə)
yazmaq (nəyinsə üstündə işləmək)
yazmaq (nə haqqdasa)
müdafiə etmək
darıxmaq
görmək (nəyinsə izini)
gayğısına qalmaq
niqaran (narahat) olmaq
danışmaq (kimləsə)
danışmaq (nə haqqdasa)
təəccüblənmək
olmək (xəstəlikdən)
ölmək (uğrunda)
mübahisə etmək (kimləsə)
mübahisə etmək (nəyəsə görə)
mübahisə etmək (nəyinsə üstündə)
mane olmaq
dəyişmək
arzulamaq /xəyal etmək/yuxuda görmək
iştirak eymək
zəng etmək
görüşmək (kimləsə)

72.
73.
74.
75.

76.
77.


78.
79.

80.
81.

82.

83.
84.


85.

86.
87.


88.
89.
90.
91.

92.
93.

94.

95.
96.


97.
98.
99.
100.




101.
102.
103.
104.

105.
106.


107.
108.
109.
110.
111.
112.
113.
114.
115.
116.
117.
118.
119.
120.
121.
122.
123.
124.
125.
126.

etw. zu tun haben
trennen sich
überzeugen sich
unterhalten sich

unterscheiden sich


verabreden sich
verabschieden sich
vergessen
vergleichen
verlassen sich
verlieben sich
verstehen sich
verstehen
vertiefen sich
vertrauen
verzichten
vorstellen sich
vorbereiten sich
warnen
warten
werden
wissen
wundern sich
zuschauen
zusehen
zweifeln

mit
mit
von
mit
über
von
mit
von
auf
mit
auf
in
in
mit
von
auf
auf
unter
auf
vor
auf
zu
von
über
auf
an
an

Dat.
Dat.
Dat.
Dat.
Akk.
Dat.
Dat.
Dat.
Akk.
Dat.
Akk.
Akk.
Akk.
Dat.
Dat.
Akk.
Akk.
Dat.
Akk.
Dat.
Akk.
Dat.
Dat.
Akk.
Dat.
Dat.
Dat.

işi olmaq (kimləsə, nə iləsə)
ayrılmaq
əmin etmək
danışmaq /söhbət etmək (nə barədəsə)

fərqlənmək


razılaşmaq
vidalaşmaq
unutmaq
müqayisə etmək
arxalanmaq
aşiq olmaq / vurulmaq
dərinləşmək
bir-birini başa düşmək
anlamaq / başa düşmək
etibar etmək
imtina etmək
təsəvvür etmək
hazırlaşmaq
qorumaq
gözləmək
olmaq /yetişmək
bitmək
təəccüblənmək
baxmaq
müşayət etmək
şübhə etmək

101.
102.
103.
104.

105.
106.


107.
108.
109.
110.
111.
112.
113.
114.
115.
116.
117.
118.
119.
120.
121.
122.
123.
124.
125.
126.

Beləliklə Siz daha tez-tez rast gəıinən daimi önlüklü fellərin siyahısı ilə tanış oldunuz. Bir daha yadda saxlayın ki, daimi önlüklü fellərdən istifadə zamanı bu qaydaya ciddi riayyət olunmalıdır. Fikrimizi daha da aydınlaşdırmaq üçün bu fellərdən biri ilə, misal üçün :



warten - gözləmək
felindən istifadə edərək bir nümunə cümlə qurmaq istəyirəm. Bunun üçün nəyə fikir verməliyəm?

1. bu fel hansı önlüyü tələb edir 


2. həmin önlük hansı halı tələb edir
3. önlükdən sonra gələn ismin cinsi nədir
4. həmin cinsli isim müvafiq halda necə olmalıdır

Əgər mən bütün bu suallara düzgün cavab versəm, deməli qurduğum cümlə də qrammatik olaraq doğru olacaqdır.

İndi isə cümləni quraq:

Ich warte auf meinen Freund.
Mən dostumu gözləyirəm.

Mən bu cümləni qurarkən fikir verdim ki,


1. warten feli auf önlüyü tələb edir
2. auf önlüyü Akkusativ halı tələb edir
3. mein Freund ismi kişi cinslidir
4. kişi cinsi üçün mein yiyəlik əvəzliyi Akkusativdə meinen olur.

Beləliklə mən qurduğum cümlənin qrammatik olaraq doğru olduğunu sübut etdim. Siz də biliyiniz və imkanlarınız daxilində istədiyiniz qədər belə cümlələr qura və onların qrammatik olaraq doğru olduğunu sübut edə bilərsiniz.


DƏRS 3.5

YALNIZ HAL TƏLƏB EDƏN FELLƏR

 

die Fallverben

Yalnız hal tələb edən fellər deyərkən nə başa düşülməlidir?

Siz bilirsiniz ki, əsasən bütün dillərdə fellərin idarəsi, yəni onların özlərindən sonra gələn ismin hansı halda durmasını təkləb etmələri kimi qrammatik xüsusiyyətləri vardır. Bəs biz necə müəyyən edək ki, qarşımıza çıxan isim hansı halı tələb edir? - Bu sualı cavablandırmaq indi elə də çətin deyil. Nə üçün çətin deyil?:

Biz bilirik ki, fellər şəxslərə görə, yəni cümlənin mübtədasına görə, daha başqa cür desək subjektə görə təsrif edilir. Bu isə o deməkdir ki, feldən heç bir zaman subyektə/mübtədaya sual verilməz. Çünki subjekt həmişə Nominativ halda olur və başqa halda ola bilməz. Bundan çıxış edərək belə qənaətə qəlirik ki,

0. feldən Subjektə sual verilmir. Yəni felin Nominativ tələb edir deməsi doğru deyil.


1. Biz 3.3 dərsimizdə fellərin heç bir zaman Genitiv hal tələb etmədiyini öyrəndik.
2. Biz 3.4 dərsimizdə daimi önlüklü fellərin siyahısı ilə tanış olduq.
3. Biz 3.3 dərsimizdə fellərin tələb etdiyi halı suallarfeldə sual verməklə təyin etməyi bildik, yəni:
a) feldən çıxış edərək sonra gələn ismə -    kimə? nəyə? (wem?) sualı verilirsə deməli fel Dativ hal tələb edir.
b) feldən çıxış edərək sonra gələn ismə -    kimi? nəyi? (wen?) sualı verilirsə deməli fel Akkusativ hal tələb edir.

Bütün dediklərimizdən çıxış edərək yalnız hal tələb edən felləri necə təyin edək?

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orad tam məlumat var.
2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3. a) feldən ismə Dativ halın suallarını verək:     wem? / kimə? nəyə?
    b) feldən ismə Akkusativ halın suallarını verək:     wen? was? / kimi? nəyi? 
Əgər feldən çıxış edərək feldən sonra gələn ismə bu hallardan birinin sualını verə biliriksə, deməli fel müvafiq olaraq həmin halı tələb edir. Fikrimizi əsaslandırmaq üçün gəlin bir felə müraciət edək. Məsələn, lieben - sevmək feli:

Ich liebe meine Muttersprache.
Mən ana dilimi sevirəmirəm.

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orada tam məlumat var.


2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3.İndi isə lieben felindən çıxış edərək ondan sonra gələn ismə qalan 2 halın mevafiq suallarını verək:
a).Mən sevirəm. (Burada: kimə? nəyə? suallarını vermək olmur, deməli Dativ də deyil.)
b).Mən sevirəm. (Burada: kimi? nəyi? suallarını vermək olur, deməli Akkusativdir.)
Beləliklə biz lieben felinin Akkusativ hal tələb etdiyini təyin edə bildik.

Gəlin indi də helfen - kömək etmək felinə baxaq:


Ich helfe meiner Schwester.
Mən bacıma kömək edirəm.

1. Felin daimi önlüklü olmadığını siyahı ilə təyin edək. Əgər fel daimi önlüklüdürsə, orada tam məlumat var.


2. Genitiv hal tələb edə bilmədiyi bəllidir.
3. İndi isə feldə çıxış edərək feldən sonra gələn ismə qalan 2 halın mevafiq suallarını verək:
a). Mən kömək edirəm. ( kimi? nəyi?, suallarını vermək olmur, deməli Akkusativ deyil.)
b). Mən kömək edirəm. ( kimə? nəyə?), suallarını vermək olur, deməli Dativ hal tələb edir.)

Amma belə hallar da var ki,:


fel bir deyil iki halı da tələb edə bilir. Yəni cümlıədə bir neçə subjekt / isim varsa feldən çıxış edərək onlara həm Dativ, həm də Akkusativ halların suallarını vermək olur.

Lakin belə bir halla da rastlaşmaq olur ki,


1. fel daimi önlüklü deyil
2. feldən Dativ halın sualını vermək olmur
3. feldən Akkusativ halın sualını vermək olmur
Bu zaman bilməliyik ki, bu fellər də önlük tələb edirlər. Amma bu önlüklər daimi önlüklər deyil. Felin işlənmə yerindən və ondan çıxış edərək verilən suallardan aıslı olaraq önlüklər də, hallar da dəyişilə bilər. Yəni belə demək olar ki, bu önlüklər sərbəst önlüklərdir. Çünki, öz məqsədimizdən və marağımızdan asılı olaraq biz onları dəyişə bilirik. Daimi önlüklü fellərdə isə nə önlüyü, nə də halı dəyişmək bizim istəyimizdən asılı deyil.
DƏRS 3.6

SƏRBƏST ÖNLÜKLÜ FELLƏR

 

die Verben mit freien Präpositionen


Sərbəst önlüklü fellər deyərkən nə başa düşülməlidir? Biz bu suala artıq 3.5 dərsimizdə cavab vermişik. Biz orada araşdıraraq 

1. daimi önlüklü fellərin nə olduğunu,
2. hal tələb edən önlüklərin nə olduğunu,
3. sərbəst önlük tələb edən fellərin nə olduğunu
izah etdik. Amma hər ehtimala qarşı sərbəst önlük tələb edən fellərin nə olduğunu bir daha diqqətinizə çatdırıram.
Belə hallar halla da rastlaşmaq olur ki,
1. fel daimi önlüklü deyil
2. feldən Dativ halın sualını vermək olmur
3. feldən Akkusativ halın sualını vermək olmur
Bu zaman bilməliyik ki, bu fellər də önlük tələb edirlər. Amma bu önlüklər daimi önlüklər deyil. Felin işlənmə yerindən və ondan çıxış edərək verilən suallardan aıslı olaraq önlüklər də, hallar da dəyişilə bilər. Yəni belə demək olar ki, bu önlüklər sərbəst önlüklərdir. Çünki, öz məqsədimizdən və marağımızdan asılı olaraq biz onları dəyişə bilirik. Daimi önlüklü fellərdə isə nə önlüyü, nə də halı dəyişmək bizim istəyimizdən asılı deyil.

Sərbəst önlük tələb edən fellərin daha yaxşı anlaşılması üçün gəlin bir nümunə cümləyə müraciət edək.

1. Ich arbeite im Zimmer.


Mən otaqda işləyirəm.

2. Ich arbeite mit meinem Bruder.


Mən qardaşımla işləyirəm.

3. Ich arbeite bei einer Firam.


Mən bir firmada işləyirəm.

4. Ich arbeite von morgen bis abend.


Mən səhərdən axşamadək işləyirəm.

5. Ich arbeite auf dem Dach.


Mən evin damında işləyirəm. 

6. Ich arbeite für einer Firam.


Mən bir firma üçün işləyirəm.

7. Ich arbeite wegen der Zufriedenheit meiner Familie.


Mən ailəmin əmin amanlığı naminə işləyirəm.

Fikir verirsinizsə eyni bir fellə müxtəlif cümlələrdə müxtəlif önlüklər və müxtəlif hallar işlədilir. Belə nümunələrin sayını biz istədiyimiz qədər artıra bilərik.

1-ci nümunədə:    in Dat.
2-ci nümunədə:    mit Dat.
3-cü nümunədə:   bei Dat.
4-cü nümunədə:   von Dat. bis Akk.
5-cı nümunədə:    auf Dat.
6-cı nümunədə:    für Akk.
7-ci nümunədə:    wegen Gen.


DƏRS 3.7

ƏSAS FELLƏR

 

die Grundverben


Əsas fellər deyərkən biz nəyi başa düşməliyik? Bu suala düzgün cavab vermək üçün fellərin təsnifatına / bölgüsünə bir daha fikir verək:

1. köməkçi fellər (haben,sein, werden, tun)
Bu fellər əsasən müxtəlif zaman formalarının düzəldilməsində köməkçi fel kimi istifadə edilir. Çox nadir hallarda onlara əsas fel kimi də rast gəlinir.

2. modal fellər (wollen, mögen, müssen, sollen, können, dürfen)


Bu fellər əsasən hərəkəti deyil, hərəkətə münasibəti /modallığı bildirir. Çox nadir hallarda əsas fel yerində çıxış edir. 

3. əsas fellər (bütün qalan fellər)


Bu fellər əsasən hərəkəti bildirir və tam mənalıdır. Zaman formasından, cümlənin Aktivdə və ya Passivdə olmasından asılı olaraq cümlədə bir neçə fel olsa da belə, yenə də onlar əsas fel funksiyasını yerinə yetirir. 





FELLƏRİN 3 ƏSAS FORMASI

 

3 Grundformen der regelmäßigen Verben


Fellərin 3 əsas forması deyərkən nə başa düşülməlidir? Bu suala cavab verməzdən əvvəl onu deyim ki, fellər haqqında danışarkən biz ilkin olaraq onların məsdərini nəzərdə tuturuq. Felin məsdəri dedikdə felin dəyişməmiş hissəsi, yəni şəxsi və zamanı bəlli olmayan forması anlaşılır. Amma təbii ki, biz fellərə həmişə məsdər formada rast gəlmirik. Onlar gah müxtlif şəxslər üzrə təsrif edilmiş, gah da müxtəlif zaman formalarında qarşımıza çıxır. Bu müxtəlifliklər içərisində daha çox lazımlılığına və daha tez-tez rast gəlinməsinə görə fellərin üç əsas forması anlayışı yaranmışdır. Üç əsas forma deyərkən

1. indiki zaman üçün əsas olan məsdər (əsasən III şəxsin təkini yadda saxlayın)
2. nəqli keçmiş üçün əsas olan Präteritum / Imperfek (hər iki ada rast gəlinir)
3. (indiki) bitmiş zaman üçün əsas olan 


Yüklə 137,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin