Dərs güNLƏRİ VƏ saatlari: Cümə axşamı, 18: 40


DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI)



Yüklə 58,09 Kb.
səhifə3/4
tarix30.01.2023
ölçüsü58,09 Kb.
#81755
növüDərs
1   2   3   4
AMP. 30 saat

DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI):

  1. mühazirə

  2. mövzunun müzakirəsi və diskussiya

  3. seminar və kollokviumlar



YOXLAMA FORMASI:

  1. İmtahandan əvvəl məsləhət saatları təşkil olunur.

  2. İmtahanlar və aralıq yoxlamalar (kollekviumlar) yazılı formada aparılır.

  3. Tələbələrin imtahana və aralıq yoxlamalara buraxılması ilə bağlı məsələlər fakültə dekanı tərəfindən həll edilir. İmtahan və aralıq yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə təlimin təşkili Qaydaları”na əsasən aparılır.

  4. Semestr ərzində hər bir tələbə 1 müstəqil iş yerinə yetirməlidir. Müstəqil işlərin mövzuları keçilən mövzuları əhatə edir. Hər bir müstəqil iş 10 ballıq sistemlə qiymətləndirilir.

  5. Sərbəst işin mövzusu tələbəyə müəllim tərəfindən hər semestrin 2-ci həftəsindən gec olmamaq şərti ilə təqdim edilir və ən gec müvafiq semestrin bitməsinə 2 həftə qalmış təhvil alınır.

IV. ÜMUMİ QAYDALAR:
DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25% -dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


2. FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI:
Balların maksimum miqdarı – 100 bal
1. Semestr ərzində toplanan maksimum bal – 50 bal
- Dərsdə davamiyyətə görə maksimum - 10 bal
- Tələbələrin müstəqil işinə görə maksimum - 10 bal
- Seminar məşğələlərində fəallığa görə maksimum - 30 bal
Seminar dərslərində tələbənin jurnalda ən azı 3( üç) qiyməti olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal hesablanmır. Ayrı-ayrı fənlər üzrə tələbəyə fənn üzrə semester ərzində 1 (bir) sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, missallar və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Tapşırığın yerinə yetirilməsi 10 balla qiymətləndirilir. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.
2. İmtahan nəticələrinə görə maksimum - 50 bal
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.
3. Semestr ərzində və imtahanın nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarıolan tələbələr fənni mənimsəmiş hesab edilir.



Yüklə 58,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin