III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ: FƏNNİN TƏSVİRİ: Kurs pedaqoji proses anlayışı ilə başlayır. Sistemin mahiyyəti sxematik şəkildə belədir: pedaqoji elmin sahələri, mənbələri, metodları, pedaqoji proses (təhsil, təlim, tərbiyə, inkişaf və onların qarşılıqlı əlaqəsi, qanunauyğunluqlar), təhsil (mahiyyəti, məzmunu, növləri, sistemi, prinsipləri), təlim (mahiyyəti, vəzifələri, qanunauyğunluqlar, mərhələləri, formaları, metodları, vasitələri), tərbiyyə (məqsədi, vəzifələri, sahələri, prinsipləri, metodları, formaları), pedaqoji prosesin idarə olunması (idarə olunma və rəhbərlik metodik iş, məktəbin, ailənin, ictimaiyyətin və kollektivlərinin əlbir işi)
FƏNNİN MƏQSƏDİ: Pedaqoji qanunlara və qanunauyğunluqlara aydınlıq gətirmək, onları dəqiq və konkret ifadə etmək kursun məqsədlərindən biridir. Kursun məqsədlərindən biri də tələbələrdə yaradıcı pedaqoji təfəkkürün inkişafına şərait yaratmaqdan ibarətdir.
FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):
Pedaqogika elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsi haqqında təsəvvürlərin formalaşdırılması;
Təliminin təşkili formaları haqqında təsəvvürlərin formalaşdırılması;
Təliminin vasitələri haqqında təsəvvürlərin formalaşdırılması;
Pedaqoji prinsiplər, təlim metodları haqqında təsəvvürlərin formalaşdırılması;
Tələbələrdə təliminin məqsəd və vəzifələri haqqında təsəvvürlərin formalaşdırılması;
Tələbələrdə pedaqogoka kursunun məzmunu, qurulması xüsusiyyətləri haqqında təsəvvürlərin formalaşdırılması;
ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ: 1. Pedaqogika elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsini izah edir.
2. Təliminin təşkili formalarını fərqləndirir, mövzuya uyğun formanı müəyyənləşdirir və tətbiq edir.
3. Təlim və tərbiyənin vasitələrini şərh və izah edir.
4. Pedaqogikanın prinsiplərini, təlim metodlarını (texnologiyalarını) şərh və izah edir.
5. Pedaqogika elminin məqsəd və vəzifələrini şərh edir.
6. Pedaqogika kursunun məzmun xətlərini fərqləndirir, qurulması xüsusiyyətlərini izah edir, hər bir bölmə üzrə formalaşdırılmalı standartları sadalayır.