Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


 Əsbabun-nüzul ilə əlaqəli rəvayətlərin səhihliyi məsələsi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə108/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   281
1. Əsbabun-nüzul ilə əlaqəli rəvayətlərin səhihliyi məsələsi 
rəvayətlərin müxtəlifliyi
Təfsir alimləri nüzul səbəbləri haqqındakı rəvayətlərin səhihliyi 
məsələsində  həssas  davranmışlar.  Səbəbi-nüzul  elmi  hər  şeydən 
əvvəl  rəvayətlə  əlaqədar  bir  elm  olduğu  üçün  hədis  üsulunda 
hədislərin səhihliyi üçün qoyulan şərtlər burada da keçərlidir. Buna 
görə də, müfəssirlər səhih bir rəvayətə əsaslanmadan mühakimə, 
istidlal  və  ictihad  yolları  ilə  nüzul  səbəbi  axtarmanın  doğru 
olmadığını söyləmiş və səbəbi-nüzul rəvayətlərinin səhihliyi üçün 
bəzi şərtlər qoymuşlar. Bu şərtlər aşağıdakılardır:
a. Hədis üsulu elminin səhih hədislər üçün qoyduğu şərtlərin 
bu rəvayətlərdə də mövcud olması. 
b.  Səbəbi-nüzulla  bağlı  rəvayətlərdə  bəhs  olunan  hadisələrin 
Hz. Peyğəmbərin yaşadığı dövrdə baş verməsi.


QURAN ELMLƏRİ
99
c. Rəvayətlərdə bəhs olunan xüsusiyyətlərlə həmin ayə və ya 
surələr arasında əlaqə olması.
Yekun olaraq deyə bilərik ki, səbəbi-nüzulla əlaqədar rəvayətlər 
ya səhih mərfu və mürsəl, ya da yuxarıdakı şərtləri daşıyan mürsəl 
bir xəbər olmalıdır. Bunların xaricindəki rəvayətlər qətiyyən qəbul 
olunmur.
Rəvayətlərin müxtəlifliyi (təaddudul-əxbar) deyildikdə isə, bir 
ayənin eniş səbəbi barədə birdən çox rəvayətin olması nəzərdə tu-
tulur. Lakin bu rəvayətlər eyni hadisədən bəhs etsələr də, zaman, 
məkan  və  şəxslər  baxımından  fərqli  ola  bilərlər.  Burada  diqqət 
edəcəyimiz nöqtə həmin rəvayətlərdə bəhs olunan hadisənin şəkli 
deyil, rəvayətlər arasında səbəb baxımından hər hansı bir fərqliliyin 
olub-olmamasıdır. Əgər səbəb baxımından hər hansı fərqlilik var-
sa  o  zaman  üsul  alimlərinin  qoyduğu  bu  kriteriyalara  müraciət 
etməliyik:
a.  Bir  ayə  və  ya  surənin  nüzul  səbəbi  haqqında  birdən  çox 
rəvayət olarsa, əvvəlcə bu rəvayətlərin səhihliyinə baxılmalı, səhih 
olan qəbul edilməlidir.
b. Bir ayə və ya surənin nüzul səbəbi barədə iki rəvayət olarsa 
və bu rəvayətlərin hər ikisi də səhihdirsə, o zaman onların arasında 
hər  hansı  üstünlük  səbəbi  olub-olmadığına  baxılır.  Əgər  bu 
rəvayətlərdən biri hadisənin şahidi olan ravi tərəfindən, digər isə 
səma (eşitmə) yolu ilə rəvayət edən ravi tərəfindən nəql olunursa 
və  yaxud  da  bu  rəvayətlərdən  biri  Buxarinin  “Səhih”ində,  digəri 
də başqa hədis kitabında keçirsə, o təqdirdə hadisənin şahidi olan 
ravinin nəql etdiyi və Buxarinin “Səhih”ində keçən rəvayət seçilər.
c. Bəzən ayələrin nüzul səbəblərindən bəhs edən hər iki rəvayət 
səhih olur və onların arasında hər hansı üstünlük səbəbi olmur. Bu 
vaxt  rəvayətlərdəki  hadisələrin  zaman  baxımından  bir-birlərinə 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin