QURAN ELMLƏRİ
125
Bildiyimiz kimi bu ayə Bədir döyüşündən bəhs edir. Qüreyş
ordusu Bədir günü döyüş meydanına gəldikdə Hz. Peyğəmbər belə
buyurur:” Budur Qüreyş, qürur və iftixar hissi ilə gəldi. Allahım
bunlar sənin Rəsulunu inkar edirlər. Mənə verdiyin vədi Səndən
istəyirəm ey Rəbbim!”. Bu əsnada Cəbrail (ə.s.) gəldi və Rəsulullaha
(s.ə.s.): “Bir ovuc torpaq götür və onlara at”-dedi. İki tərəf qarşı-
qarşıya gəldikdə Hz. Peyğəmbər bir ovuc torpaq götürdü, düşmən
əsgərlərinin üzünə atdı və “üzləri qurusun”-dedi. Bu sözlərdən
sonra düşmən əsgərləri arasında gözlərini ovuşdurmayan heç bir
müşrik qalmadı. Və düşmənlər qaçmağa başladı, möminlər də on-
ları təqib edirdilər. Onlar düşmən əsgərlərini öldürür və ya əsir alır-
dılar. Döyüş başa çatdıqda müsəlmanlar “ belə vurdum, elə əsir al-
dım” deyə danışmağa başladılar. Yuxarıdakı ayə məhz bu hadisəyə
görə nazil olmuşdu. Bu rəvayət göstərir ki, hər nə qədər zahirdə bu
işi görənlər
möminlər zənn edilsə də, həqiqətdə isə Allahdır.
Dostları ilə paylaş: