TƏFSİR ÜSULU VƏ TARİXİ 96
Tərifdə qeyd olunan ikinci xüsusiyyət bəzi ayələrin zühur edən
bəzi xüsusi məsələlər haqqında nazil edilməsidir. Hz. Ömərin fərqli
vaxtlarda etdiyi dua və təmənnilər nəticəsində nazil olan ayələri
buna misal göstərmək olar. Hz. Ömərin belə dediyi rəvayət olu-
nur: “Uca Allah üç dəfə mənim istəklərimə uyğun olaraq ayə endir-
mişdir. Bir gün Rəsulullaha dedim: “ Ey Allahın Rəsulu! İbrahimin
məqamını namaz yeri seçək”. Bundan sonra Bəqərə surəsinin 125-ci
ayəsi nazil oldu.
112
Bir dəfə də: “Ey Allahın Rəsulu! Evinizı müxtəlif insanlar girib-
çıxır, sizin xanımlarınızı görürlər. Onlara əmir edin ki, örtünsünlər”-
dedim. Əhzab surəsinin 33-cü ayəsi məhz bundan sonra nazil oldu.
113
Yenə başqa bir gün Hz. Peyğəmbərin xanımları qısqanlıq
nəticəsində onu kədərləndirdikləri üçün “Əgər Rəsulullah sizi bo-
şasa, Rəbbi ona sizdən daha xeyirli xanımlar bəxş edər...”-dedim.
Bu hadisədən sonra isə Təhrim surəsinin 5-ci ayəsi endirildi.
114
Tərifdə vurğulanan üçüncü xüsusiyyət isə bəzi ayələrin Hz.
Peyğəmbərdən soruşulan suallara cavab olaraq endirilməsidir. Bu
suallar daha çox səhabilərə aid olsa da, bəzən əhli-kiatba mənsub
insanlar da ona sual verirdilər. Səhabilər daha çox din sahəsində
bilmədikləri və ya anlamaqda çətinlik çəkdikləri məsələlrə barədə
soruşurdular. Məsələn, Ali İmran surəsinin 97-ci ayəsi: “Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin- amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağ- lamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möh- tac deyildir!” nazil olduqda, səhabilər: “Hər ilmi həccə gedəcəyik
112 Buxari, Təfsir, Surə, 2.
113 Buxari, Təfsir, Surə, 2.
114 Buxari, Təfsir, Surə, 2.