Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə106/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   281
QURAN ELMLƏRİ
97
ey  Rəsulullah”-deyə  soruşdular.  Peyğəmbərimiz  cavab  vermədi. 
Onlar  sualı  təkrarladıqda  “xeyir”  cavabını  verdi  və  buyurdu: 
“Əgər bəli desəydim sizə hər il həccə getmək fərz olunacaqdı”. Bu 
suala cavab olaraq aşağıdakı ayə endirildi:
 
Ey iman gətirənlər! Sizə 
bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar 
haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin 
pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyi-
niz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə 
əzab verməkdə tələsən deyildir!)”
115
Ancaq  kitab  əhlinin  sualları  bu  cür  məqsıd  daşımırdı.  On-
lar  Peyğəmbəri  çətin  vəziyyətdə  qoymaq,  möminlərin  fikirlərini 
qarışdırmaq və islami dəyərləri ələ salmaq niyyəti ilə sual verirdilər.
Quranın  tədricən  endirlməsində  böyük  hikmət  vardır. Allah-
təala bununla Quranı müsəlmanların gündəlik həyat problemləri ilə 
əlaqələndirmək, həyatın bütün sahələrində onlara rəhbər olabiləcək 
bir  kitab  göndərmək  istəmişdir.  Quranın  nazil  olmasınsdakı  bu 
tədricilik  sonralar  səhabiləri,  tabeiləri  və  müsəlman  alimlərini 
Quran  ayələrinin  nazil  olması  münasibətini  araşdırmağa  sövq 
etmişdir. Nəticədə “əsbabün nüzul” elmi meydana çxmışdır.
Quran ayələri Peyğəmərə (s.ə.s) onun istəyi və iradəsindən asıl 
olmayaraq,  Allah-təalanın  istədiyi  şəraitdə,  iradə  etdiyi  vaxtda, 
seçdiyi yerdə nazil olurdu. Ayələrdən bəzisi gecə, bəzisi gündüz, 
bir  qismi  dağda,  bir  qismi  düzənlikdə,  bir  qismi  qışda,  bir  qismi 
də  yada  nazil  edilirdi.  Peyğəmbərimizin  oturduğu  yerdə,  minik 
üstündə, yolda və evdə olduğu vaxt vəhy aldığı məlumdur. 
Quran  alimləri  bu  elmi  “əsbabun-nüzul  (nazil  olma  səbəbləri)” 
adlandırmışlar. Əslində bunu səbəb yox, vasitə adlandırmaq daha 
düzgün olardı. Çünki Quran ayəlrinin nazil olmasını hər hansı bir 
115 Maidə, 5/101



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin