QURAN ELMLƏRİ
101
c. Müfəssirləri həddindən çox məşğul edərək onların vaxtını
boş yerə keçirmək.
d. Ortaya çıxan bəzi yeni problemlerin Quran nöqteyi-nəzə-
rindən ələ alınmasına mane olmaq.
Bu sahədə alimlər bir çox əsər qələmə almışlar. Bunların arasın-
da Vahidinin (vəfatı-468/1075) “
Əsbabün-
nüzul”, İbn Teymiyyənin
(vəfatı-728/1328) “
ət-
Tibyan fi nüzulil Quran” və Suyutinin (vəfa-
tı-911/1505) “
Lübabun nüqul fi əsbabün nüzul” adlı əsərləri ən məş-
hurlarıdır.
B. Nəsx
“
Nəsx” lüğətdə “
ortadan qaldırmaq, yox etmək yazmaq ve bir şeyi
bir yerden başqa bir yerə keçirmək” kimi mənalara gəlir. Termin olaraq
isə “
şəri bir hökmü başqa bir şəri dəlillə ortadan qaldırmaq” deməkdir.
Bundan başqa Quranın Kitabi-müqəddəs kimi özündən əvvəlki ki-
tablardakı hökmlərin tətbiqatını qadağan etməsi də nəsx adlanır.
Dəyişilmiş hökmü ehtiva edən ayə mənsux ayə, başqa bir
ayədəki hökmü dəyişdirən hökm ehtiva edən ayə isə nasix ayə
adlanır. Quranda nəsxin olub olmaması məsələsi əsrlər boyunca
mübahisə mövzusu olmuşdur.
Təfsir üsulunda qarışıq mövzulardan biri də nəsx mövzu-
sudur. Bu mövzu ətrafında İslamın ilk dövrlərindən başlayaraq
mübahisələr edilmişdir. Bəzi alimlər nəsxi “bəda” və “təxsis”lə
qarışdırmışlar. Əslində bəda, mövcud olmayan bir şeyin meydana
gəlməsi deməkdir. Təxsis isə ümumi olan bir şeyin bəzi hissələrini
xüsusiləşdirməkdir.
Dostları ilə paylaş: