QURAN ELMLƏRİ
107
2. Zümər surəsinin 23-cü
َ ِناَثَّام اًا ِبا َشَتُّم ًاباَتِك ِثيِدَحْلا َن َسْحأَ� َلَّازَن ُ َّاللا
“
Allah sözün ən gözəlini (Quranı) ayələri bir-birinə bənzəyən,
hökmləri qarşılıqlı (cəza – mükafat) olan kitab şəklində nazil etmişdir....
”
ayəsinə görə isə Quran tamamilə mütəşabehdir.
3. Ali İmran surəsinin 7-ci
ُوُه ِباَتِكْلا ُّمأُ� َّانُه ٌتاَ َكْحُّم ٌت َيآ� ُهْنِم َباَتِكْلا َكْيَلَع َلَزنأَ� َيِ َّالا ٌتاَ ِبا َشَتُم رَخأُ�َو
“
Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı (möhkəm) ayələr
vardır ki, onlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır
(mütəşabehdir)...” ayəsinə görə isə Quran ayələrinin bir qismi
möhkəm, digər bir qismi isə mütəşabehdir.
İlk baxışda burada bir ziddiyətin olduğu qənaətinə vararıq.
Ancaq diqqətlə incələdikdə görərik ki, Hud surəsindəki “
möhkəm”
sözü pozulmaqdan uzaq, sağlam və sonsuz hikmətləri ehtiva etmək
mənasını daşıyır.
Quranın başdan sona qədər mütəşabeh olduğunu göstərən
Zümər surəsinin -23cü ayəsi də ayələrin bəlağət, fəsahət və ecaz
yönləri ilə bir-birinə bənzədikləri mənasındadır. Ali İmran surəsinin
-7ci ayəsinə gəlincə, bu ayə termin mənasında Quranın bir hissəsinin
möhkəm, bir hissəsinin də mütəşabeh olduğunu ifadə edir.
Dostları ilə paylaş: