TƏFSİR ÜSULU VƏ TARİXİ 110
mənəvi mütəşabehə misal göstərilə bilər. Bu ayələrdə keçən və şirin
su ilə acı suyun qarışmasına mane olan səddi Təbəri, Razi, İbn Kəsir
və Əlmalılı Həmdi Yazır iki dəniz arasındakı “quru” və ya “Allahın
öz qüdrətindən yaratdığı sədd” şəklində izah etmişlər. Halbuki son
elmi araşdırmalar bu iki su kütləsinin bir-birinə qarışmasına mane
olan şey, iki dəniz arasındakı “su əngəli”dir. Bunu ilk dəfə fransız
dənizçisi Kapitan Kusto Cəbəllütariq boğazında kəşf etmişdir.
Zariyat surəsinin 47-ci ayəsində Allah-təala belə buyurur:
َنوُع ِسوُمَل َّان
إِ
اَو ٍدْيأَ�ِب اَهاَنْيَنَب ءاَم َّاسلاَو
“Biz səmanı qüdrətimizlə qurduq. Biz onu genişləndiririk”.
Əvvəlki əsrlərdə yaşamış müfəssirlər bu ayədəki “musiun”
kəlməsini Allahın qüdrətinin və məxluqata verdiyi ruzinin
genişlədilməsi kimi izah etdikləri halda günümüz alimləri eyni
ayənin kainatın genişləməsi teoriyasına işarə etdiyini söyləyirlər.