TƏFSİR ÜSULU VƏ TARİXİ 112
qədər görüş ortaya atılmışdır. Bəzilərinə görə müqəttəə hərfləri
Allahın ad və sifətlərindən bir qisminə işarə edir. İbn Abbasdan
gələn bir rəvayətə görə “əlif, ləm, mim” hərfləri “Allah”, “Lətif” və “
Məcid” adlarını göstərir. Dəhhaka görə isə əlifdən “Allah”, ləmdən
“ Cəbrayıl” , mim hərfindən isə “Mühəmməd” (s.ə.s) qəsd olunmuş-
dur. Bir qrup alimə görə isə bu hərflər olduqları surəlrin adlarıdır.
Digər bir qrup alim isə bu hərflərlə and içməyin murad edildiyini
söyləmişlər. Bir başqa görüşə görə isə bu hərflər inanmayanların
diqqətini cəlb etmək üçündür.
Nəticə olaraq bu hərflər haqqında bunları demək mümkündür:
1. Ya Allah-təala bu hərflərin Özü ilə Rəsulu arasında sirr olaraq
qalmasını istəmişdir.
2. Ya da səhabilər bunlar barədə Hz. Peyğəmbərdən bir şey so-
ruşmadıqları üçün Rəsulullah (s.ə.s.) bu hərflər haqqında heç bir
söyləməmişdir.
3. Və yaxud da, səhabilər bu hərflərin mənasını bilirdilər,
ona görə də Peyğəmbər (s.ə.s. ) bu hərfləri izah etməyə ehtiyac
görməmişdir.