D. Hüruful-müqəttəə Qurani-kərimdə bəzi surələrin baş hissəsində yerləşən hərflərə
“müqəttəə hərfləri” (kəsik hərflər) deyilir. Bu hərflər iyirmi doqquz
surədə yer alır. On dörd fərqli hərfdən ibarət olub, on üç şəkildə
gəlir. Bu hərflərin müstəqil ayə olduğunu söləyənlər kimi, bunla-
rı müstəqil ayə hesab etməyənlər də vardır. Kufə alimlərinə görə
bu hərflər bəzi yerlərdə müstəqil ayə, bəzi yerlərdə isə ayənin bir
hissəsidir. Bəsrəlilər isə bu hərflərin heç birini mütəqil ayə sayma-
mışlar.
Müqəttəə hərflərinin şərh edilib edilməyəcəyi haqqında iki
fərqli görüş vardır. Bunlardan birincisi sələf alimlərinin görüşü-
dür ki, onlara görə bu hərflər Quranın sirlərindəndir və bunların
mənası insanlardan gizlədilmişdir. Məsələn, Hz. Əbu Bəkir bu
barədə belə deyir: “Hər kitabın bir sirri vardır. Allahın Quranda-
kı sirri də surələrin əvvəlindəki hərflərdir”. Hz. Əli də bu hərflər
haqqında belə demişdir: “Hər kitabın özəyi vardır. Bu kitabın da
özəyi hürufu-müqəttəədir”.
Razi, Əlmalılı və s. kimi bəzi müfəssirlər də bu hərflərin Qura-
nın sirri olduğunu söyləmişlər. Bu görüşü mənimsəyənlərə görə bu
hərflərin mənaları var. Lakin bu mənaları sadəcə Hz. Peyğəmbər
bilirdi.
İkinci görüş sahibləri olan xələf alimləri isə bu hərfləri şərh etmək
tərəfdarlarıdır. Onlar Allah-təalanın insanalara mənası bilinməyən
şeyləri endirməyəcəyi qənaətindədirlər. Ancaq alimlər bu hərflərin
mənası haqqında yekdil fikrə sahib deyillər. Bu mövzuda iyirmiyə