2. Mütəşabeh ayələrin Quranda yer almasının hikmətləri Mütəşabeh ayələrin Quranda yer almasının hikmətlərini belə
sıralamaq olar:
a. Bunlar insanlar üçün bir imtahan vasitəsidir. Çünki bu ayələr
insanın qeybə olan imanının ölçüsünü göstərər.
b. İnsan nə qədər bilgili və qabiliyyətli olsa da bu ayələr ona
onun acizliyini və cəhalətini göstərir, Allahın qüdrətini dərk etdirir.
c. Mütəşabeh ayələr sayəsində Quranı əzbərləmək və mühafizə
etmək asanlaşmışdır. Belə ki, əgər bu ayələrdəki mənalar geniş bir
şəkildə ələ alınsaydı o zaman Quran bir çox cilddən ibarət olardı və
onu əzbərləmək çox çətinləşərdi.
d. Bu ayələr insanın zehni inkişafını artırır və onu düşünməyə
sövq edir.
QURAN ELMLƏRİ 111
Qazi Abdulcəbbarın (vəfatı-415/1024) “Mütəşabihul-Quran”,
Suyu tinin (vəfatı-911/ 1505) ”Mütəşabihul-Quran” adlı əsərləri bu
sa hədə yazılmış önəmli əsərlərdəndir.