Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə118/281
tarix28.12.2021
ölçüsü1,15 Mb.
#17087
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   281
1. Mütəşabehin növləri
Şatıbi (vəfatı-790/1388) mütəşabehləri iki qismə ayırır: mütləq 
mütəşabehlər və izafi mütəşabehlər.
a. Mütləq mütəşabehlər
Bu  mütəşabehlərin  mahiyyətini  yalnız Allah-təala  bilir.  Bəşər 
ağlı bunu idrak etməkdən acizdir. Bu mütəşabehlərin başında “hü-


TƏFSİR ÜSULU VƏ TARİXİ
108
rufu müqəttəə” gəlir. Bundan başqa Allahın sifətləri, axirət xəbərləri, 
ruh”, “sur”, “dabbətül-ərz”, “ərş”, “kürsi”, “lövhi –məhfuz” və s. kimi 
ifadələr də mütəşabehlərin bu növünə daxildir.
1. Ruh
(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında 
soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmış-
dır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”
122
 ayəsində 
keçən ruhun mahiyyəti haqqında məlumatımız olmadığı kimi, bu-
rada ruhdan qəsd olunan mənanın Quranmı, Cəbrailmi, Quranın 
vəhy olunuş şəklimi, yoxsa bədənlərə həyat verən ruhmu olduğu-
nu də bilmirik.
2. Sur
Quranın  on  ayəsində  “sur”  kəlməsi  keçir.  Sur  kəlməsinin  də 
mahiyyəti bilinmir. Müfəssirlər, surun ceyran və ya başqa heyvan-
ların buynuzlarından hazırlanan və güclü səs çıxaran boru olduğu-
nu söyləmişlər.
Qurani-kərim  nə  surun  mahiyyəti  haqqında,  nə  də  surun  ilk 
dəfə nə zaman çalınacağı və surun hər dəfə çalınması müddətinin 
nə qədər olacağı barədə məlumat vermir. Bu barədə gələn rəvayətlər 
israili rəvayətlərdir. Ona görə də sur mütləq mütəşabehlərdən he-
sab olunur.
3. Dəbbətul-ərz
Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman on-
lar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayı-
ran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsan-
lar  ayələrimizə  inanmırdılar!”  –  deyər  ayəsində
123
  qiyamətdən  öncə 
122  İsra, 17/85
123  Nəml, 27/82


QURAN ELMLƏRİ
109
yerdən bir heyvanın çıxarılacağı bildirilir. “Dəbbətul-ərz” adlı bu 
heyvanın  necə  bir  heyvan  olduğu,  böyüklüyü,  harda,  nə  zaman, 
necə  ortaya  çıxarılacağı  barədə  müxtəlif  görüşlər  vardır.  Lakin 
bu barədə söylənənlərin heç birisi Nəml surəsinin 82-ci ayəsində 
yoxdur. Hədislərdə də bu heyvan haqqında müxtəlif rəvayətlər ke-
çir. Buna görə də bu kəlmə də mütaşabeh kəlmə hesab olunur.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin