5. Qəsəm (and) ilə başlayan surələr. Bunlar da on yeddi
surədən ibarət olub Saffat, Zariyat, Tur, Nəcm, Qiyamət, Mursəlat,
Naziat, Buruc, Tariq, Fəcr, Bələd, Şəms, Leyl, Duha, Tin, Adiyat və
Əsr surələridir.
F. Quranın ecazkarlığı
Yəqin ki, İslam düşüncəsi tarixində ilk nəzəri mübahisələr Qu-
ranın ecazkarlığı məsələsi ilə əlaqədar meydana çıxmışdır. Qurani-
kərimin möcüzəli və bənzərsiz olması, onun təqlidedilməzliyi
haqqında təsəvvürlər hələ Hz. Peyğəmbərin sağlığında müşriklərlə
kəskin əqidə ixtilafları şəraitində yaranmış və Quranda öz əksini
tapmışdır.
Peyğəmbərlərin tarixinə dair mənbələr göstərir ki, hər bir risalə
sahibi müəyyən əlamətlərlə, onun adi insanlardan fərqləndiyini,
Allah tərəfindən seçilmiş olduğunu bildirən möcüzələrlə gəlmişdir:
adi şüur insanın Allahla əlaqəsi barədə hər iddianı qəbul et-
|